Slimfit
  1. İDMAN

"Qarabağ" Azərbaycan çempionatları tarixində 250-ci qələbəsini qazanıb

"Qarabağ" Azərbaycan çempionatları tarixində 250-ci qələbəsini qazanıb
Sakura

"Qarabağ" Azərbaycan çempionatları tarixində 250-ci qələbəsini qazanıb

 Futbol üzrə Azərbaycan Premyer Liqasının IV turu “Qarabağ” üçün tarixi qələbə ilə əlamətdar olub. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb. Bu, “Sumqayıt”la matça təsadüf edib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda “Azərsun Arena”da 1:0 hesabı ilə qalib gəlib. Ölkə çempionatlarında öz meydanında keçirdiyi 370-ci matçda “250”ni fəth edən klub 67,6 faizlik qələbə əmsalına malikdir.

Qeyd edək ki, “Qarabağ” bu göstəricidə Azərbaycanın mütləq rekordçusudur. Əyalət təmsilçisinin ən yaxın izləyicilərindən “Neftçi” 236, “Kəpəz” 173 ev qələbəsinə malikdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR