Slimfit
  1. İDMAN

“Qarabağ” “Ayaks”la qarşılaşa bilər

“Qarabağ” “Ayaks”la qarşılaşa bilər
Sakura

“Qarabağ” “Ayaks”la qarşılaşa bilər

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” Hollandiyanın “Ayaks” komandası ilə qarşılaşa bilər.

Report” xəbər verir ki, Amsterdam təmsilçisi Ağdam klubunun III təsnifat mərhələsində 11 potensial rəqibindən biridir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II raunda İrlandiya “Dandolk”unu mübarizədə kənarlaşdıracağı təqdirdə, son 3 ildə ilk dəfə olaraq püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

Beləliklə, “Qarabağ”ın “Ayaks”la yanaşı, “Kopenhagen” (Danimarka) / TNS (Uels), “Seltik” (Şotlandiya) / “Nımme Kalyu” (Estoniya), “Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan), BATE (Borisov, Belarus) / “Rusenborq” (Norveç) və “Sutyeska” (Monteneqro) / APOEL (Kipr) cütlərinin qalibi ilə üzləşməsi mümkündür.

Püşkatma iyulun 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” “Dandolk”la iyulun 24-də səfərdə, 31-də isə evdə qarşılaşacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR