Dərc edildi: Baxış sayı: 389
“Qarabağ” Avropa Liqasının oyunu üçün Bakı Metropoliteninə müraciət edib
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda Portuqaliya “Sportinq”i ilə oyun üçün Bakı Metropoliteninə müraciət edib.
“Report” klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, oyunun gec başa çatacağını nəzərə alan Ağdam təmsilçisi azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat daha gec - saat 01:00-da bağlanmasını xahiş edib.
Qeyd edək ki, dekabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət