Slimfit
  1. İDMAN

“Qarabağ” Avroliqanın ən intizamlı komandasıdır

“Qarabağ” Avroliqanın ən intizamlı komandasıdır
Sakura

“Qarabağ” Avroliqanın ən intizamlı komandasıdır

Avropa Liqasında qrup mərhələsinin III turunun oyunları keçirilib. Dünən baş tutan görüşlərdən sonra turnirin statistikası açıqlanıb. Azərbaycan təmsilçisi “Qarabağ”ın da göstəriciləri bəlli olub.

"Qafqazinfo" xəbər verir ki, 3 matçda 6 qol vuran Ağdam klubu 48 komanda arasında 10-cudu. Daha doğrusu, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 8-11-ci pillələrə şərikdi. Bu baxımdan ən yüksək göstərici “Arsenal”dadı. “Topçular” rəqib torunu 10 dəfə silkələyiblər. “Qarabağ” vurduğu qədər də qapısında top görüb ki, bu da pis nəticələrdən sayılır. Yalnız 6 komanda “Qarabağ”dan daha çox qol buraxıb.

Ağdam klubunun futbolçuları 42 dəfə qapıya zərbə endirib. Bunlardan 18-i çərçivəyə düşüb. Bu da yuxarı göstəricilərdən biridi. Futbolçularımızın zərbəsi 2 dəfə dirəyə tuş gəlib.

“Qarabağ” ən çox paslaşan komandalardandı. Ağdam klubu 3 matçda 1578 ötürmə edib və 8-cidi. Bunlardan 1362-si dəqiq alınıb. Pas dəqiqliyi 86 faizdi. “Qarabağ”ın orta topla oynama faizi 53-dü.

Azərbaycan təmsilçisi Avropa Liqasının ən intizamlı komandasıdı. Futbolçularımız 3 görüşdə cəmi 3 dəfə sarı vərəqə ilə cəzalandırılıb ki, başqa heç bir komandada belə göstərici yoxdu. “Qarabağ” 33 dəfə qayda pozub və 7-cı sıradadı. Əvəzində təmsilçimiz ən çox – 51 dəfə kobudluğa məruz qalıb.

Abdullah Zubir ən çox zərbə endirən futbolçulardandı. Onun 5 zərbəsinin hamısı qapıya düşüb, bunlardan biri qolla nəticələnib.

Riçard Almeyda ən çox ötürmə edən 5-ci futbolçudu. O, 246 pas verib və bunlardan 219-u ünvanına çatıb. Milliləşdirilmiş braziliyalının dəqiqliyi 89 faizdi. 

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR