Slimfit
  1. MEDİA

“Qarabağ atlarını bəyənirəm”– Bill Qeytsin müsəlman kürəkəni HAFİZTİMES.COM-a danışır (EKSKLÜZİV)

“Qarabağ atlarını bəyənirəm”– Bill Qeytsin müsəlman kürəkəni HAFİZTİMES.COM-a danışır (EKSKLÜZİV)
Sakura

“Qarabağ atlarını bəyənirəm”– Bill Qeytsin müsəlman kürəkəni HAFİZTİMES.COM-a danışır (EKSKLÜZİV)

“Bir gün mütləq Bakıya  səfər etmək istəyirəm”

“Ümid edirəm ki, İslam dini ilə bağlı Qərbdə formalaşmış yanlış fikirlər dəyişəcək”

“Biz bir-birimizi sevirik”

Nayel Nassar – Atçılıq  idman növü ilə məşğul olan gənc idmançı. Amerikanın Çikaqo şəhərində dünyaya gəlib. Əslən Küveytdəndir.Hazırda Amerikada yaşayır. Müsəlmandır. Bir çox at yarışlarının qalibi olub. Bu yaxınlarda Nayel Nassar  Lordon adlı atı ilə birlikdə Las-Veqas şəhərində təşkil olunmuş manelərin üzərindən atla tullanma üzrə dünya turnirində rəqibləri üzərində qələbə qazanıb və 135 min dollar dəyərində mükafatın sahibi olub. O, həmçinin   2013, 2014 və 2017-ci illərdə təşkil olunmuş atçılıq idman növü üzrə dünya  turnirlərində iştirak edib və yüksək nəticələr göstərib. 2014-cü ildə  Dünya Atçılıq Oyunlarında finala yüksəlib. Bütün bunlara baxmayaraq, Nayel Nassar daha çox  dünyanın ən zəngin 3 milyarderindən biri, “Microsoft”un yaradıcısı Bill Qeytsin  gələcək kürəkəni kimi şöhrət qazanıb. Belə ki, Nayel Nassar Bill Qeytsin birinci övladı Cennifer Katarina Qeytslə nişanlıdır. Cennifer Katarina Qeyts də Nayel Nassarla birlikdə atçılıq idman növü ilə məşğul olur

Ens.az xəbər verir ki,dünyanın nüfuzlu mətbuat orqanlarının müsahibə ilə bağlı təkliflərini qəbul etməyən məşhur idmançı Nayel Nassar HafizTimes.com saytının rəhbəri, jurnalist Hafiz Əhmədovun suallarını cavablandırıb. Bill Qeyts ailəsinin müsəlman üzvü olan Nayel Nassar HafizTimes.com-a özəl  müsahibəsində Azərbaycanın  işğal altında olan Qarabağ bölgəsinə məxsus  əfsanəvi “Qarabağ atların”dan da söhbət açıb.

-Valideynlərim Körfəz müharibəsinə görə Küveyti tərk etmək məcburiyyətində qalıblar.  Müharibədən sonra biz evimizə qayıtdıq və mən məktəbə getməyə başladım. Küveytdəki Amerikan Məktəbini bitirdim. 2009-cu ildə Universitet təhsili almaq üçün Kaliforniyaya qayıtdım.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Müsəlman ailəsində böyüyübsünüz? Ailəniz haqqında məlumat verərsiniz…

-Çox gözəl bir uşaqlıq illəri yaşadım. Küveytlə bağlı gözəl xatirələrim və orada yaşadığım böyük təcrübələrim var. Valideynlərim misirli müsəlmandırlar. Onlar dizayn, memarlıq üzrə çalışırlar.

-Küveyt sizin üçün nə məna ifadə edir? 

-Ora həmişə müəyyən səviyyəyə qədər Vətənim olacaq. Mənim hələ də orada çoxlu dostlarım var. Dostlarıma baş çəkəcəyəm.

-Atçılıq idmanı ilə ilk dəfə nə vaxt tanış oldunuz? Atla manelərin üzərindən tullanmağa necə başladınız?

-Çox gənc yaşımda ! 5 -6 yaşım olanda at minmək üzrə məktəbdə təhsil almağa başladım. 10 yaşım olanda isə at belində manelərin üstündən atlamağı öyrəndim.

– Atlarınız bağlı ilk xatirləriniz nədir?

 -At belində olmaq, onları idarə etmək  gördüyünüzdən də çətindir.

– Nayel Nassar və atı Lordanın uğur sirləri nədir?

-Elə bir sirrimiz yoxdur. Atınızla güclü  tərəfdaş olmalı  və onu yaxşı tanımalısınız. Atlarınızı sağlam və xoşbəxt etmək uğur qazanmağınız üçün çox mühümdir.  Lordon mənim köhnə və sadiq tərəfdaşımdır. Buna görə də biz bir-birimizdən nə gözlədiyimizi yaxşı bilirik.

– Atların fiziki gücü, yoxsa zehni qabiliyyəti daha vacibdir?

– Əla ilə yaxşını bir-birindən zehni qabiliyyət ayırır.

-Hədəflərinizlə bağlı nə deyə bilərsiniz? İnformasiya texnologiyaları, sosial media ilə aranız necədir?

-İdmanla bağlı bir hədəfim var. Bir gün daha böyük bir çempiyonatda medal qazanmaq istəyirəm. Mənim qardaşım  informasiya texnologiyaları sahəsi ilə məşğul olur. Beləliklə mən də  gündəlik trendləri və yenilikləri  izləmək üçün əlimdən gələni edirəm

-Sizin üstünlük verdiyiniz və uğur qazanacağına inandığınız hər hansı bir at növü varmı?

 -Mən daha çox sürətli, enerjili və balaca atlara üstünlük verirəm.

-Azərbaycanın məşhur Qarabağ atları haqqında eşitmisinizmi?

-Əlbəttə Qarabağ atları barədə çox eşitmişəm. Onlar gözəl atlardır və yaxşı qaçırlar. Lakin manelərin üzərindən tullanmaq üçün uyğun deyillər.

– İslam dini haqqında düşüncələrinizi bilmək istərdik.

-Mən də sizin kimi müsəlman olaraq böyüdüm. Buna görə İslamı, onun verdiyi dərsləri və öyrətdiklərini yaxşı başa düşürəm. Çox təəssüf ki, Qərbdə İslam dini ilə bağlı çoxlu yanlış fikir və rəylər mövcuddur.  Ümid edirəm ki, müsəlmanlar öz sahələrində və ümumiyyətlə cəmiyyətdə  mükəmməlik nümunəsi olaraq xidmət etməyə davam edəcəklər və nəticədə İslam dini ilə bağlı Qərbdə formalaşmış yanlış fikirlər dəyişəcək.

– Şəxsi həyatınızla bağlı bilmək istərdik. Cennifer Katarina Qeyts ilə sevgi münasibətiniz barədə nə deyə bilərsiniz? Bill Qeyts ailəsi  ilə bağlı fikirlərinizi bilmək istərik.

-Biz bir-birimizi sevirik. Şəxsi həyatımla bağlı mümkünsə çox məlumat verə bilmirəm. Məni bağışlayın…

– Çox maraqlıdır ki, sevginizi necə təsvir edə bilərsiniz?

-Həqiqətən də bunu təsvir edə bilmirəm…

– Kitab oxumağı sevirsinizmi? Gənclərə oxumaq üçün hansı kitabları məsləhət görərsiniz?

-Kitab oxumağı çox sevirəm. Amma çox təəssüf ki, istədiyim qədər vaxtım olmur. Hazırda Tara Westover tərəfindən yazılmış əla bir hekayəni oxuyuram.

– Azərbaycan, Bakı haqqında düşüncələrinizi bilmək istərdik. Bakıya gəlmək istərsinizmi?

-İndiyə qədər heç vaxt Azərbaycanda olmamışam. Amma bir gün mütləq Bakıya səfər etmək, oraları görmək istəyirəm. Ora gedəndə ilk sizə məlumat verəcəyəm.

– Uğur qazanmaqla bağlı gənclərə nəyi məsləhət görərsiniz? Gənc  yaşda uğur qazanmağın şərtləri nədir?

-Arzularınızın arxasınca gedin. Mümkün qədər çox çalışın. Heç vaxt öyrənməyi tamamladığınız barədə düşünməyin. Hər zaman öyrənin!.

Hafiz Əhmədov 

HafizTimes.com

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR