Slimfit
  1. İDMAN

“Qarabağ” “Arsenal”dan xal ala biləcəkmi?

“Qarabağ” “Arsenal”dan xal ala biləcəkmi?
Sakura

“Qarabağ” “Arsenal”dan xal ala biləcəkmi?

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin son görüşündə “Arsenal”ın qonağı olacaq.

Oxu.Az xəbər verir ki, görüş “Arsenal” üçün formal xarakter daşıyır.

Çünki London təmsilçisi iki tur əvvəldən “pley-off”u özü üçün təmin edib. Üstəlik, komanda nəticədən asılı olmayaraq, qrup liderliyini də təmin etdiyindən, bu görüşə daha çox gənclərlə və əsas matçlarda oynamaq imkanı əldə etməyən futbolçularla çıxacaq. Məsələn, fransalı mərkəz müdafiəçisi Loran Kosyelninin uzun zədədən sonra mövsümdəki ilk oyununu məhz “Qarabağ”a qarşı keçirəcəyi gözlənilir.

“Arsenal”ın baş məşqçisini daha çox İngiltərə Premyer Liqasının XVII turu çərçivəsində keçiriləcək “Sauthempton”la səfər matçı düşündürür. Bununla belə, baş məşqçi Unai Emeri bu matçda Emil Smit-RouvEynsli Meytlənd-Naylz, Edi NketiaCo Uilok kimi oyunçulara üstünlük versə də, öz meydanında uduzmamağa çalışacaq. “Arsenal” artıq 21 oyundur ki, uduzmur və bu seriyanın uzanması “topçular” üçün əla motivasiya olacaq. 

“Qarabağ”da isə bu matç üçün yeganə motivasiya qrupda III yeri tutmaq istəyidir. Ukraynanın “Vorskla” komandası Portuqaliya səfərində uduzsa, təmsilçimiz isə London səfərindən minimum bir xalla qayıtsa, o zaman III yer “Qarabağ”ın olacaq.

Qurban Qurbanovun hücum xəttində zədəli İnosent Emeqaranın yerində Araz Abdullayevi sınayacağı gözlənilir.

Xatırladaq ki, “Emireyts” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR