Slimfit
  1. KOSMOS

Qara materiya və enerjini mənfi yüklü maye elan etdilər

Qara materiya və enerjini mənfi yüklü maye elan etdilər
Sakura

Belə versiya ilə Oksford alimləri çıxış ediblər

Oksford Universitetinin asrtofizikləri “kosmosun 95%-i”nin təbiətini izah etməyə potensial qadir olan nəzəriyyə irəli sürüblər. Alimlərin fikrincə, həm qara materiya, həm də qara enerji özündə “mənfi yüklü” maddəni təcəssüm etdirir. Alimlər güman edirlər ki, bu Kainatın genişlənməsi və bir çox digər kosmik prosesləri izah edə bilər.

Qara materiya və qara enerjinin adlarının oxşar olmasına baxmayaraq, bütün alimlər onların mahiyyəti üzrə bir-birinə oxşar olduqları fikrində deyillər. Qara materiya Kainatın 22 faizini təşkil edir və müasir təsəvvürlərə əsasən, “adi” materiyadan onunla fərqlənir ki, elektromaqnit şüalanması buraxmır və onlarla bilavasitə qarşılıqlı əlaqədə olmur. Beləliklə, bilavasitə qara materiyanı “müşahidə etmək” mümkün deyil, amma alimlər onun mövcudluğu barədə o qədər də şübhə etmirlər, çünki o qalaktikaların və digər kosmik obyektlərin “gizli yükü” problemini daha inandırıcı formada izah edə bilərdi. Qara enerjiyə gəldikdə isə, onu Kainatın müşahidə edilən sürətlə genişlənməsinin səbəbini hesab edirlər. Mütəxəssislər qara enerjinin təbiətini təxminən təsəvvür edirlər, amma hesab olunur ki, o Kainatın 74 faizini təşkil edir. Beləliklə, qalaktikalararası qazın payına 3,6 faiz düşür, ulduzlar, planetlər və digər bu tipli obyektlərin faizi isə yarım faizdən aşağıdır.

Yeni elmi araşdırmanın müəlliflərinin fikrincə, qara materiya və qara enerjini “mənfi yüklü” maye kimi nəzərdən keçirsək,  Buna baxmayaraq alimlər ehtimal edirlər ki, bu maye Kainatda daim yaradılır, buna görə Kainatın genişlənməsi prosesində onun konsentrasiyası azalmır.

Mütəxəssislər güman edirlər ki, onların nəzəriyyəsi təxminən yüz il əvvəl Albert Eynşteynin bəzi təxminlərini təsdiqləməyə imkan verir, amma həm də kifayət qədər “yaxşı” hesab oluna bilər, çünki müasir asrtofizikanın ən çox maraqlandığı suallardan ikisinə vahid cavab verir.

Elmi iş Astronomy and Astrophysics jurnalında dərc olunub.

 

Mənbə: Mk.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR