Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda milli valyuta ilə istiqrazlar buraxmağa hazırlaşır
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda milli valyuta ilə istiqrazlar buraxmağa hazırlaşır.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə bankın idarə heyətinin sədri Dmitri Pankin deyib.
“Biz konkret ölkədə milli valyutada istiqrazlar buraxırıq, daha sonra onları yerləşdiririk. Bizə bu işdə milli banklar və yerli kredit təşkilatları kömək edir. Əldə olunan yerli valyutanı artıq yerli iri layihələrin kreditləşməsi və ya banklar vasitəsilə xüsusi proqram çərçivəsində kiçik və orta biznesi maliyyələşdiririk. Biz tərəfdən bu cür sxem Gürcüstan və Rumıniyada artıq işlənib. Hazırda Azərbaycanda buraxılış hazırlayırıq”, - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət