Slimfit
  1. AZƏRBAYCAN

“Qara cümə”də qara günə qalan mağazalar

“Qara cümə”də qara günə qalan mağazalar
Sakura

“Qara cümə”də qara günə qalan mağazalar

Mağazaların məşhur “Qara cümə” endirim kampaniyası növbəti dəfə biabırçı görüntülərlə yadda qalıb.

Axar.az xəbər verir ki, həftənin cümə günündən başlayan və davam davam edən endirim kampaniyası AVM-lərdəki məşhur mağazalara baha başa gəlib.

Kampaniya münasibətilə mağazalar seçilmiş mallara 20, 50, 70 faizə qədər endirim tətbiq edib. Bu da mağazalarda sıxlığa və acınacaqlı vəziyyətə səbəb olub.

Endirim kampaniyasından yararlanmaq istəyən xanımlar almadıqları geyimləri rəflərə səliqəsiz formada qoyaraq gediblər. Hətta bəzi müştərilər hələ satışda olan geyimləri yerə atıb, vitrini dağıdıb, asılqanları yerə aşırıblar. Mağazalarda növünə görə yerləşdirilmiş bütün məhsullar bir-birinə qarışıb.

Geyimlərlə kobud rəftar edildiyi və yerə atıldığı üçün bir çoxu zərər görüb, hələ alınmamış yararsız vəziyyətə düşüb.

Endirim kampaniyasına qoşulan geyim mağazalarının demək olar ki, hamısında eyni hal yaşanıb. Mağazaların əksəriyyəti endirimdən sonra mağazada yaranmış vəziyyəti əks etdirən fotolar paylaşıblar. Görüntülərdən ildə bir dəfə tətbiq edilən bu endirim kampaniyasının mağazalara olduqca baha başa gəldiyi hiss olunur.

Qeyd edək ki, əsasən, ABŞ-da keçirilən “Qara cümə” adlanan bu endirim kampaniyası ildə bir dəfə 3 gün olmaqla təşkil edilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR