Slimfit
  1. MARAQLI

Qar altında ən gözəl görünən 10 şəhər

Qar altında ən gözəl görünən 10 şəhər
Sakura

Qar altında ən gözəl görünən 10 şəhər

Sanki nağıldakı kimi!

Kimə görəsə qar yağması sadəcə təbii hadisədir. Amma əksəriyyətimiz qar dənəciklərini möcüzəvi, valehedici və inanılmaz hesab edir. Qar xüsusilə ağac budaqları və mənzərəli məkanlarda yerləşmiş evlərin damlarında göz oxşayır. Gəlin, sizi qışda səyahət edə biləcəyiniz dünyanın ən fantastik şəhərləri ilə tanış edək.

1. Təkrarolunmaz Hallstatt

Bu heyrətamiz göl Salzburqdan cənubda yerləşən dağların ətəyindədir. O, “Soyuq ürək” cizgi filmindən kadrları xatırladır və UNESCO-nun mədəni irsi siyahısına daxildir. Dekabrın axırlarında göl ağappaq ötrük ilə örtülür. Halstatt haqqında tez-tez deyirlər ki, onun şəklini milyon dəfə çəksən də, o hər dəfə fərqli görünəcəkdir.Turistləri isə təkcə möhtəşəm mənzərə və kristal kimi təmiz hava ilə yanaşı, həm də bazar meydanındakı rəngarəng kiçik mağazalar, yeni il dekorasiyaları və qeyri-adi sakit ab-hava cəlb edir.

]

2. Stouda qış cənnəti

Bu qeyri-adi xizək kurortu ABŞ-da Vermont ştatında yerləşir. Stou şəhərinin özündə 4 mindən bir qədər çox insan yaşasa da, bura dünyanın müxtəlif  yerlərində hər il yüzlərlə turist axın edir. Bura qışda xüsusilə gözəl olur, yer yüngül qar təbəqəsi ilə örtülür və hər yerdə yeni il işıqları parıldayır. Sanki Stouda zaman dayanıb: şəhərin əsas küçəsi sanki 100 il əvvəlki görüntüsünü saxlayıb və onun kiçik mağazalarına daxil olduqda özünü bir anlıq zaman maşını ilə keçmişə qayıtmış kimi hiss edirsən.

3. Nağıllardakı kimi Bergen

Norveçdə yerləşən Bergenin skandinavsayağı peyzajları hətta ən tələbkar səyahətçini laqeyd qalmağa qoymur. Bu dəniz limanı fiyordlar və dağlarla əhatə olunmuşdur, sahilində isə rəngarəng evlər yerləşir. Onlar dekabrda, qar yağanda daha valehedici görünürlər. Bu nəfəskəsici panoramanı və min çalarlı qürubları  görmək üçün turistlər Fleyen dağına funiklyor ilə qalxırlar. Bununla yanaşı, onlar bu yerlərdə yaşayıb-yaratmış məşhur bəstəkar Edvard Qriqinin ev-muzeyini də ziyarət edirlər.

4. Kurort şəhəri Banff

Bura əbəs yerə Kanadanın ən mənzərəli yerlərindən biri hesab olunmur. Banff Kanadanın Albert vilayətində yerləşir və ilin hər fəslində gözəldir, axı onun mərkəzi küçələri ilə Kaskad dağlarının kölgələri altında gəzmək necə də zövqvericidir. Kanadalılar qışda buraya sadəcə göydən aram-aram düşən qar dənəcikləri altında küçələri dolaşmaq və koloritli restoran və mağazalardan alış-veriş etmək üçün gəlirlər. Səhərlər burda xizək sürmək, dağ cığırları ilə gəzişmək, axşamlar isə yorğana bürünərək qlitveyn (isti şərap) içərək zövq almaq olar.

5. Sloveniyada Bled gölü

Sloveniyada Bled gölü Avropanın ən məşhur kurortlarından biri hesab olunur. Qışda göl donanda turistlər buzda konki sürmək və zəng qülləli Müqəddəs Məryəm Ana kilsəsini ziyarət etmək üçün bura gəlirlər. Deyilənlərə görə zəng çalınanda arzu tutsan, o mütləq reallaşacaq. Gölün üzərində sıldırım qayalarda Bled qalası yerləşir. Səyahətçilər 1011-ci ildən qalan bu möhtəşəm tikilinin şəklini çəkməyi çox sevirlər. Bled gölünü ziyarət etmək üçün ən gözəl ay yanvar hesab olunur, belə ki, bu vaxt qar yağmağa başlayır.

 

6. Şirakava-qo və Qokayamada yapon evlər

Bu tarixi yapon kəndləri Honşu adasının əlçatmaz dağlarında yerləşir və UNESCO-nun mədəni irsi siyahısına daxildirlər. Qışda evlərin bizuclu samandan olan damları qalın qar örtüyü ilə örtülür ki, bu da mənzərəni yeni il açıqcalarındakı şəkillərə bənzədir.

7. Möcüzəvi Tallin

Estoniyanın paytaxtı Tallin orta əsrlərdən bu yana yaxşı qalmışdır. Burada qış vaxtı demək olar ki, günəş olmur. Lakin Tallinin Qədim şəhər adlanan hissəsi həqiqətən nağılabənzər ab-hava yaradır. Turistlər bura daha çox dekabrda gəlməyə üstünlük verirlər və yeni il atmosferindən həzz ala-ala şəhərin qədim tinləri, küçələri ilə dolaşmağı sevirlər.

8. Füsunkar Harbin

Çinin Harbin şəhərində hər il buz heykəllərin festivalı keçirilir. Sunqari çayının sahillərində daxildən işıqlandırılmış möhtəşəm saraylar və qalalar ucalır. Bayram ab-havasını artırmaq üçün içərisinə şam yerləşdirilmiş buzdan hazırlanmış şamdanlar satılır. Bu valehedici görüntünü buraxmaq günah olardı. Festival dekabrdan fevrala qədər davam edir.

 

9. Valehedici Kolmar

Bu koloritli şəhər Fransanın şimal-şərqində təkcə özünün şərabları ilə deyil, həm də əla qış istirahəti ilə seçilir. Turistlər Qədim şəhərin daş səkiləri ilə orta əsrlərdən və İntibah dövründən qalan kərpic-taxta evlərini seyr edərək dolaşmağı sevirlər. Kolmarda bəzi yerlər Disney cizgi filmlərindəki kadrlara bənzəyir, məhz buna görə də bu şəhər uşaqlı ailələr arasında da çox məşhurdur.

10. Yüksək dağlarında ətəyində yerləşən Veyl

Koloradanın sıldırımlı dağlarında yerləşən xizək kurortu Amerikanın 12 ən gözəl şəhərləri siyahısına daxildir. Burda Botanika bağı və varlı turistlər üçün lüks mağazalar yerləşir. Hətta yerlilər zarafat edirlər ki, çoxsaylı turistlərin sayəsində hətta şəhərin səkiləri donmağa imkan tapmır. Xizəkdən başqa burada həm də dekabrdan aprelə qədər açıq havada çox sayda qış attraksionları tapmaq mümkündür.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR