Slimfit
  1. MARAQLI

Qapalı məkanlarda hava keyfiyyətini necə artırmaq olar?

Qapalı məkanlarda hava keyfiyyətini necə artırmaq olar?
Sakura

Ekspertlər qapalı məkanlarda hava keyfiyyətini necə artırmağa dair tövsiyələrini açıqlayıblar

Ens.az xəbər verir ki, son araşdırmalar çirkli havanın insan sağlamlığı üçün nə qədər təhlükəli olduğunu açıq şəkildə göstərir. Təbii ki, insan küçədəki atmosferi özü şəxsən düzəldə bilməz, lakin onun ixtiyarında olan şeylər də var. Bunu nəzərə alaraq, mütəxəssislər qapalı məkanlarda hava keyfiyyətinin yaxşılaşdırılmasına dair tövsiyələrini paylaşıblar.

İlk növbədə düzgün havalandırma etməlisiniz, bu son dərəcə vacibdir. Təbii ki, bütün pəncərə və qapıları daim qapalı saxlamamalısınız. Havalandırma düzgün edilirsə, kənarda yığılmış allergenlər otağa girməyəcəkdir. Ancaq küçədə havanın keyfiyyəti müvəqqəti olaraq yaxşılaşdığı görünürsə, mənzili havalandırmaq üçün mütləq pəncərələr açılmalıdır.

Ev bitkilərinin əksəriyyətinin otaqdakı toksinlərin filtrasiyasının öhdəsindən əla gəldiyini də unutmaq olmaz. Bunu nəzərə alaraq, onların hansı növlərinin yaşadığınız yerə uyğun gəldiyini öyrənmək və müvafiq olanları əldə etmək məqsdəuyğundur.

Tədqiqatçılar bir çox bitkinin formaldehidləri, ammoniumu və hətta benzin buxarlarını ətraf atmosferdən təmizləməyə qadir olduğuni təsdiqləyirlər. Bunlar ən çox yayılmış toksinlərdir. Eyni zamanda, onlar yalnız avtomobil mühərriklərindən ayrılmır, bəzi ev qidalarından da yaranır. Onlarla mübarizədə duz lampaları yaxşı kömək edir. Çünki həmin lampalar otaqdakı havanın keyfiyyətini artıran ionların istehsalı ilə fərqlənirlər. Bundan əlavə, müxtəlif qıcıqlandırıcıları, allergenləri və patogenləri aradan qaldıra bilirlər.

Sözügedən lampaların başqaa üstünlüyü ondan gələn işığım daha hüzurverici və rahat bir daxili mühit yaratmasıdır.

ABŞ Milli Səhiyyə İnstitutu qeyd olunan məsələ ilə bağlı efir yağlarının faydalarını təsdiq edib. Çiçək, limon, kəklikotu, çay ağacı, darçın, və rozmarinin efir yağları hava ilə ötürülən bakteriyaların böyüməsini demək olar ki, tamamilə dayandırmağa qadirdir. Bu vəziyyətdə səmərəlilik 99,96% -dir. Onlar həm də kif, göbələk və viruslarla yaxşı mübarizə aparırlar.

Bu məsələdə kondisioner

sistemlərindəki filtrlərin müntəzəm təmizlənməsinin vacibliyini də unutmaq olmaz. Bu, onların işinin nə qədər gərgin olmasından asılı olmamalıdır. Əks təqdirdə, otaq içərisində yığılan tozları "gəzdirməyə" başlayacaqlar.

Onların vaxtaşırı təmizlənməməsi yalnız havanın keyfiyyətini azaltmayacaq, həm də astma ehtimalını artıracaqdır. Eyni şey tozsoranlarda olan filtrlərə də aiddir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR