Slimfit
  1. CƏMİYYƏT

Qapalı məkanda yerləşən ən böyük tərs evdən - VİDEOREPORTAJ

Qapalı məkanda yerləşən ən böyük tərs evdən - VİDEOREPORTAJ
Sakura

Qapalı məkanda yerləşən ən böyük tərs evdən - VİDEOREPORTAJ

İstanbulun qapalı məkanda yerləşən ən böyük tərs evi 6 ay əvvəl inşa edilib. Bu evdə bütün əşyalar tərsinə çevrilmiş formada yerləşdirilib. Ev sahibi Serkan Güler “Report”a açıqlamasında bildirib ki, hər gün yüzlərlə insanın ziyarət etdiyi bu tikilinin memarı 6 yaşlı qızı olub.

O, dünyanın bir çox ölkəsində olan tərs ev layihəsini qızının təkidi ilə İstanbula gətirib: “Bir gün qızım mənə bir video göstərdi və onu həmin evə aparmağımı istədi. Doğrusu, ilk baxdığım zaman Londonda tikilən bu ev mənim də marağıma səbəb oldu. Evdə olan bütün əşyalar tərsinə yerləşdirilmişdi. Ona görə də qızımı tətil başlayan kimi həmin evə aparacağıma söz verdim. O isə cavabında bu evi Türkiyədə görmək istəyən yüzlərlə uşağın olduğunu dedi və belə bir evin İstanbulda inşa edilməsini təklif etdi. Beləliklə, biz bir müddət sonra evin tikintisi ilə bağlı hazırlıqlara başladıq. Ona görə də hesab edirəm ki, evin memarı qızımdır”.

S.Güler bildirib ki, evin daxili dizaynı da övladının seçimidir: “Burda gördüyünüz rəngli divar kağızlarını, uşaq otağını, şəkilləri və hər şeyi qızım seçib. Bu evin tikintisi İstanbulda ala biləcəyimiz bir evin qiymətindən baha başa gəldi. Amma insanların bu evə marağını görəndə bunu hazırladığımız üçün uğurlu bir işə imza atdığımızı düşünürük”.

Evin sahibinin sözlərinə görə, sözügedən tikili dünyanın qapalı məkanda yerləşən ən böyük tərs evidir: “Bu ev 230 kvadratmetr ərazidə inşa edilib. Təxminən bir il ərzində evi tamamlaya bildik. Evdə istifadə olunan əşyaların hər birini tək-tək və xüsusi incəliklə seçmişik. Evdə yaşayış üçün ehtiyac olan hər şey var. Yataq otağı, qonaq otağı, mətbəx və s. Bu ev dünyanın qapalı məkanda yerləşən ən böyük tərs evidir. Məncə, insanların düşünmək, analiz aparmaq ehtiyacının olduğu bir dövrdə belə fərqli və yaradıcı ideyalara ehtiyacımız var. Ümumiyyətlə, uşaqlar yeni doğulduqları zaman dünyanı düz görürlər. Elə bu səbəbdən də onlar bura gəldikləri zaman əşyaların tərs olmasına bir məna verməyə çalışırlar. Bu dəfə zehinlərinin fərqli yerləri işləməyə başlayır. Buna görə də beyinlərinin fərqli sahələrini çalışdırmağa başlayırlar”.

S.Güler vurğulayıb ki, bu evi görmək üçün dünyanın hər yerindən turistlər gəlir: “Türkiyənin bütün şəhərlərindən bu evi görmək üçün gəlirlər. Turistlər həftəsonu bir günlük də olsa İstanbula, sadəcə, bu evi görmək üçün axın edirlər. Azərbaycandan da gələn ziyarətçilərimiz çoxdur. Onlar da maraqlarını gizlətmirlər. Balacalar izləmək, böyüklər isə şəkil çəkdirib sosial mediada paylaşmaq üçün bura gəlir. Ziyarətçilər evdə bir müddət vaxt keçirdikdən sonra bayıra çıxan kimi ətrafdakı əşyaları gözlərində fərqli gördüklərini deyirlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR