Dərc edildi: Baxış sayı: 500
Qanunsuz spirtli içki satan azərbaycanlı cərimə edildi
Rusiyada azərbaycanlı qanunsuz spirtli içki alveri ilə məşğul olduğu üçün cərimə edilib.
Syktyvkar.1istochnik.ru-nun xəbərinə görə, Komi rayonunun Uxta şəhərində yaşayan 52 yaşlı azərbaycanlı yerli sakinə qanunsuz olaraq 0,5 litr spirtli içki satıb.
Məlum olub ki, o, daha əvvəl də pərakəndə halda spirtli içki satışı ilə məşğul olub.
Exspert hesabatında satılan şüşədəki mayenin, həqiqətən, spirt tərkibli olduğu, lakin şüşənin etiketində göstərilən məlumatlara və tələblərə uyğun olmadığı bildirilib.
Komi Respublika Prokurorluğunun məlumatına görə, təqsirləndirilən azərbaycanlı günahını etiraf edib.
Uxta Şəhər Məhkəməsi ona 50 min rubl (1375 AZN) cərimə cəzası təyin edib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət