Slimfit
  1. AZƏRBAYCAN

Qanunları saymayan məmurlara qanunun gücü göstərilməlidir! - Deputatdan islahat

Qanunları saymayan məmurlara qanunun gücü göstərilməlidir! - Deputatdan islahat
Sakura

Qanunları saymayan məmurlara qanunun gücü göstərilməlidir! - Deputatdan islahat

“Azərbaycanın real sosial-iqtisadi tərəqqisinin, əhalinin bütün təbəqələrinin güzəranının iqtisadi potensialımıza layiq səviyyəyə çatdırılmasının, ölkə iqtisadiyyatının hərtərəfli rəqabət qabiliyyətliliyinin, təhlükəsizliyinin təmin olunmasının magistral yolu cəmiyyət həyatının bütün sahələrini əhatə edən sistemli, demokratik, davamlı islahatlardan keçir. İslahatları davam etdirmək və nəticəliliyini artırmaqdan ötrü proqram, siyasi iradə, yetərincə maliyyə resursları və islahatçı kadrlar lazımdır”.

 Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli ölkə başçısının son islahatlarını şərh edərkən bildirib.

 “Prezidentin islahatlarını dəstəkləyirik”

Ə.Məsimli son müşavirədə Prezident tərəfindən sözügedən amillərlə bağlı açıq mətnlə yetərincə aydın mövqe sərgiləndiyini vurğulayıb:


“Bu baxımdan islahatların alternativi yoxdur və Prezidentin də dəfələrlə bildirdiyi kimi, islahatlar davam edəcək. Ona görə də real islahatların fikirdə, sözdə və əməldə birmənalı şəkildə tərəfdarı olan bir adam kimi imitasiyalardan və kampaniyadan uzaq, ölkənin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə və əhalinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edən gerçək islahatlar istiqamətində atılan addımları həmişə dəstəkləmişik və buna davam edəcəyik”.

 Mikayıl Cabbarovun İqtisadiyyat Nazirliyinə gətirilməsi...

Deputat qeyd edib ki, 2014-cü ildə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində 2015-ci ildəki iki şok devalvasiya, Azərbaycan iqtisadiyyatının real maliyyə və sosial sektorlarında yaranmış mürəkkəb vəziyyət iqtisadiyytımızın neftdən asılılığının azaldılmasını, qeyri-neft sektorunun hərtərəfli və rəqabətədavamlı şəkildə inkişafını, əhalinin güzəranının yaxşılaşdırılması işinin sürətləndirilməsini tələb edir:


“Həmin problemlərin optimal həlli islahatlardan keçir. Hazırda həyata keçirilən islahatlar arasında struktur islahatları mühüm yer tutur. Bu sahədə əsas vəzifə ölkənin iqtisadi inkişafını və bu əsasda əhalinin güzərannın yaxşılaşdırılması işini sürətləndirdirməkdən ötrü digər məlum şərtlərlə yanaşı, idarəetmə sisteminin fəlsəfəsinin dəyişdirilməsi, təşkilati strukturu, kadr tərkibi və koordinasiyasının optimallaşdırılması, müasir dövrün tələb və çağırışlarına uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Çеvik, şəffаf, оbyеktiv infоrmаsiyа sistеminə əsаslаnаn və аyrı-аyrı strukturlаrı bir tаm hаlındа sinхrоnlаşdırmаğı bаcаrаn yеni idаrəеtmə mоdеlinə, eləcə idarə maraqlarının öndə getdiyi prinsipdən dövlət maraqlarının prioritet təşkil etdiyi prinsipə kеçilməsi struktur islahatlarının gözlənilən nəticə və yüksək səmərə verməsinin vacib şərtlərindəndir.


Bu baxımdan Əmlak Məsələləri Dövlət Komitəsi, Vergilər Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi idarəetmə sistemində daha çox diqqətçəkən struktur islahatıdır. Əgər nəzərə alsaq ki, beynəlxalq paraktikada bu yöndə müxtəlif variantadan istifadə olunur, onda Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi struktur islahatları çərçivəsində bir qədər fərqli yanaşma olmaqla yanaşı, həm də islahatlar sistemində daha çox diqqət çəkən, yeni və nəticələri maraqla izləniləcək bir haldır.


Fikrimizcə, daha geniş spektrli İqtisadiyyat Nazirliyinin yaradılması və bu qurumun başına Mikayıl Cabbarovun gətirilməsi onun Vergilər naziri kimi qısa zaman kəsiyində şəffaflıq, hesabatlılıq, kölgə iqtisadiyyatının vergiyə cəlb edilməsi mümkün olan hissəsinin dairəsinin bir qədər azaldılması sahəsində əldə etdiyi müsbət yüklü, həm də görünən nəticələrin, eləcə də bu kadra olan yüksək etimadın bariz nümayişidir. Hazırkı islahatların əsas məqsədi artıq qeyd etdiyimiz kimi, iqtisadiyyatın sürətli inkişafını və bu əsasda əhalinin güzəranın yaxşılaşdırılması təmin etməkdir.

Deputatdan yeni təkliflər

 

Ə.Məsimlinin sözlərinə görə, bu il idarəetmə sistemində həm ləğvetmələr, birləşmələr və həm də yeni strukturların yaranması prosesi sürətlənib:


“İndi real tələbatdan doğan əsas məsələ struktur islahatlarının davam etdirilməsi zamanı, oliqarxiyanın, monopoliyaların bundan sui-istifadə etmsinə imkan verməmək və atılan addımların əhali üçün nəticəliliyini artırmaqdır. Bu baxımdan idarəetmənin təşkilati strukturunun kadr islahatları da daxil olmaqla insan amilinin prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinin tələblərinə müvafiq sürətdə təkmilləşdirilməsi istqamtində aşağıdakı addımların da atılmasını zəruri hesab edirik:

1. Mülkiyyət hüququnun Konstitusion əsaslarla müdafiəsinin təmin olunması.

2. Təkmil və müstəqil məhkəmə sistemnin formalaşdırılması.

3. Dövlətin iqtisadiyyatdakı rolunun optimallaşdırılması. Qlobal təhlükə, risk və çağırışlara operativ cavab verə bilən çevik və islahatçı hökumət modelinə keçilməsi. Bu əsasda idarəetmənin çevikliyinin artırılması və səmərəliliyinin yüksəldilməsi.

4. İdarəetmənin təşkilatı strukturunun əsaslı surətdə təkmilləşdirilməsinin vacib şərti kimi idarəetmədə sahə prinsipinə üstünlük verən modeldən funksional prinsipə üstünlük verən modelə keçilməsi.

5. Dövlət aparatının kiçildilməsi, mobilləşdirilməsi, çevikləşdirilməsi. Nazirlik, dövlət komitələri, idarə, digər dövlət orqanlarının əsasnamələrinin və digər müvafiq sənədlərinin təhlili və reallıqları nəzərə almaqla bir-birini təkrarlayan strukturın aradan qaldırılması, lazımsız dövlət qurumlarının birləşdirilməsi və ya ləğv olunması, əsaslandırılmış ixtisarların həyat keçilməsi və sair istiqamətdlərdə elmi və praktiki cəhətdən özünü doğruldan addımların atılması.

6. İslahatların köməyi ilə iqtisadi məsələrin həllinə “idarə maraqları” baxış bucağından dövlət maraqları prinsipinə keçidin təmin edilməsi.

7. Dövlət- biznes- qabaqcıl texnologiya-vətəndaş cəmiyyət”nin optimal kombinasiyasına nail olmaqla dövlətin yeni rolunun formalaşdırılması.

8. Dövlət məmuru- iş adamı münasibətlərində bir tərəfdən qanundan yuxarıda duranlara və öz bisnes maraqlarını realllaşdırmaqdan ötrü sahibkarlara bilavasit və ya dolayı yollarla müxtəlif təzyiqlər göstərən məmurlara qanunun gücünün bütün sərtliyi ilə tətbiq edilməsi, digər tərəfdən isə “kömək edə bilmirsənsə və etmək istəmirsənsə, heç olmasa mane olma” prinsipinin aktuallaşdırılması və azad sahibkarlığın inkişafının mühüm hərəkətverici qüvvəyə çevrilməsi.

9. Regionların idarə edilməsi siteminin səmərəliliyini artırılmaısna yönəlik təsirli tədbirlərin görülməsi. Regionlarda idarəetmənin ağırlığının bələdiyyələrin üzərinə keçirilməsinə yönəlik pilot layihələrin həyata keçirilməsi və bu sahədə əldə edilmiş, eləcə də beynəlxalq təcrübədən yaradıcılıqla istifadə etməklə yerli icra hakimiyyətlərinin funksiyalarının bələdiyyələrə ötürülməsinə dair məqsədli proqramın hazırlanması və həyat keçirilməsi.

10. Dövlət qurumlarının səmərəli fəaliyyət göstərən idarəetmə, tənzimləmə və nəzarət mexanizminin yaradılması. Dövlət şirkətlərində səmərəli fəaliyyət göstərən korporativ idarəetmə sisteminin formalaşdırılması və fərdi innovasiyalı inkişaf layihələrinin həyat keçirilməsi.

11. Elektron hökumət layihsinin tətbiqinin dairəsinin elektron vergi, elektron gömrük və sair istiqamətlərdə genişləndirilməsi və səmərəliliyinin artırılması;

12. “Asan Xidmət”in tətbiq dairəsinin genişləndirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması.

13. Digər təxirəsalınmaz tədbirlərin həyat keçirlməsi və insan amilinin prioritet təşkil etdiyi İnnovasiyalı İnkişaf Modelinin reallaşdırılması üçün ölkədə və xaricdə ixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyətin, eləcə də texnokratların formalaşması, dövlət idaretmə sistemində onlardan istifadənin dairəsinin genişlndirilməsi...”.


Struktur islahatlarının kadr islahatları ilə müşayiət olunması da ciddi sosial sifariş xarakteri almış çox vacib və zəruri məsələdir. Əgər islahatlar istiqamtində atılan addımlar, eləcə də bu addım nəticəlilik baxımından sözügedən hədəfə yönəldilməklə sistemli və optimal variantda həyat keçirilsə, islahatlar istiqamətində atılan addımlar gələn il bu ildəkindən yaxşı nəticələr verə bilər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR