Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qanda trombun yaranmasının əlamətlərini aşkar edən aparat yaradılıb

Qanda trombun yaranmasının əlamətlərini aşkar edən aparat yaradılıb
Sakura

Qanda trombun yaranmasının əlamətlərini aşkar edən aparat yaradılıb

Avstraliya Milli Universitetinin (AMU) alimlərinin yaratdığı biooptik diaqnostik qurğu infarktın və insultun qarşısını almağa xidmət edəcək.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, qurğu trombların əmələ gəlməsini aşkar edərək, insanlara gözlənilən təhlükə haqqında xəbərdarlıq edir. Xəstənin qanındakı trombositləri təhqiq edən qurğu onların insanın arteriya damarında trombun əmələ gəlməsi riski ilə qarşılaşdığı zaman verəcəyi reaksiyanı əks etdirən 3D xəritə yaradır.

Biooptik diaqnostika qurğusunun təqdimatında çıxış edən professor Stiv Li bildirib ki, yeni qurğu xəstənin qan nümunəsi əsasında dəqiq informasiyanın 3D xəritəsini yaradır ki, bu da çox baha başa gələn və uzun müddətli digər prosedurlardan xilas olmağa imkan verir.

Avstraliyalı alimlərin qənaətinə görə, yeni qurğu tibb sahəsində əsil inqilaba səbəb olacaq.

Hələlik yeni qurğunun yalnız AMU-nun klinikasında tətbiq edildiyi və iki ildən sonra xəstəxanalara veriləcəyi bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR