Slimfit
  1. ELM

Qan xərçəngi ilə mübarizədə ""Fövqəltəbii" hüceyrələr yaradılıb

Qan xərçəngi ilə mübarizədə ""Fövqəltəbii" hüceyrələr yaradılıb
Sakura

Elm adamları qan xərçəngi ilə mübarizədə ""Fövqəltəbii" hüceyrələr yaradıblar

Ens.az xəbər verir ki, Kanadadan olan bir qrup alim xərçənglə mübarizə üçün dərmanların bədən boyunca paylandığı yeni texnologiya yaradıb. "Fövqəladə" qan hüceyrələri süni və bioloji materiallardan ibarətdir və təhlükəli xəstəliyə qarşı uğurla müqavimət göstərir.

Layihənin müəllifi McMaster Araşdırma Universitetindən Sebastian Hibert, tibbin əvvəllər bu yöndə müsbət nəticələr əldə etmədiyini, fərqli mənşəli quruluşları birləşdirmək üçün uyğun texnologiyanın olmadığını söyləyib.

Süni yolla əldə olunan qırmızı qan hüceyrələri bir neçə həftə ərzində qan dövranı sistemində hərəkət edir və təsirlənmiş toxuma dəqiqliklə sağaldıcı həb ötürür. Bu proses müalicə prosesini sürətləndirir, xəstələrə mənfi təzahürlərdən və mümkün yan təsirlərdən qurtulmağa kömək edir.

"fövqəltəbii" hüceyrələrin tərkibinə müxtəlif dərmanlar daxil edilir və o bədəndə təbii quruluş kimi gizlənir, eyni zamanda təsirlənmiş hissədə yapışqan bir səthə malik olur. Daha sonra isə xəstəliyin mərkəzində olan patogen bakteriyaların məhv edilməsi prosesini aktivləşdirir. Alimlər, güclü dərmanlardan istifadə etmək niyyətində olduqları üçün dozanı minimuma endirməyi təklif edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR