Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qan təzyiqi

Qan təzyiqi
Sakura

Qan təzyiqi - qan damarlarında qanın təzyiqinin çoxalması nəticəsində yaranan xəstəlikdir.

Ölçülməsi

Təbabətdə qan təzyiqinin ölçülməsinin iki üsulu mövcuddur.

  1. Klassik Riva-Roççi manjet üsulu;
  2. İnvaziv qanlı Korotkov üsulu

Normal təzyiq

  • Sistola: 120 mm civə sütunu
  • Diastola: 80 mm civə sütunu

Keçmiş SSRİ-də 17 yaşdan 79 yaşa qədər normal təzyiq 105-63 sayılırdı. Hal-hazırda normal təzyiq 120-80 mm c. s. sayılır. Əgər insanda təzyiq 120-60 mm c. s. olarsa, bu normal hesab edilir. İnsan özünü bu təzyiqdə narahat edirsə, çay və ya qəhvə içə bilər.

Müalicəsi

Klassik Şərq əczaçılıq kitablarında, ayrıca başlıq altında qan təzyiqi üçün işlədilən dərmanlardan bəhs edilmir. Lakin sadə dərmanların müalicə-profilaktik xüsusiyyətləri izah olunarkən, onlardan bəzilərinin qan təzyiqini sakitləşdirmək cəhətləri qeyd olunur. Həmin dərman vasitələrinin əksəriyyətinin, qan təzyiqini nizamlamaq xüsusiyyətləri, müasir baxımdan diqqəti сəlb edir. 

Bu dərmanlar qan təzyiqini sakitləşdirməklə yanaşı, digər müalicə təsiri də göstərir. Həmin vasitələri yaxınlaşdıran ümumi cəhətdən ödü, susluğu yatırmaq, iştaha açmaq və mədə üçün faydalı olmaq və s. məziyyətlərdir.

Turş və turşməzə alma yemək və ya onun şirəsini içmək qan təzyiqini sakitləşdirir. Bu baxımdan qan və öd şiddətini, susluzluğu yatıran albalı meyvəsi və ya şirəsi, xiyar və ya onun suyu da diqqətəlayiqdir. Pəhriz məqsədilə arpa unundan bişirilmiş yeməklər, o cümlədən əriştə və ya umac hazırlayıb, turşularla yemək məsləhətdir. Pəhriz kimi altıaylıq çəpiş əti yaxşı tə"sir göstərir. Qırxbuğumun adi, qırmızımtıl rəngə çalan dişi növü də qan təzyiqini sakitləşdirir. Pərpərən qan təzyiqini və öd şiddətini yatırır, innab, söyüdün çiçəyini və yağını yemək, qan təzyiqini sakitləşdirməklə yanaşı qanı təzyiqini yatırmaqla ödü sakitləşdirir, susuzluğu yatırır, mədə-bağırsaq üçün faydalıdır. Zirincin meyvəsi və od üzərində qatılaşdırılmış şirəsi, qan təzyiqini sakitləşdirməklə susuzluğu və mədə hərarətini aradan qaldırmaq və iştaha üçün çox faydalıdır. Müalicə xüsusiyyətinə görə qarağat zirinci asanlıqla əvəz edə bilir. Bu baxımdan əzgil və yemişan da yaxşı təsir göstərir. Kahı duru və təmiz qan yaratmaqla bərabər qan təzyiqi və od şiddətini yatırır. ərik yemək və ya ərik şirəsi içmək susuzluq, mə"də iltihabı, qan təzyiqi və ödü yatırmaqda yaxşı təsir göstərir. Şaftalı və onun suyu da eyni müalicə-profilaktika xüsusiyyətlərinə malikdir. Balqabaq turşusu qan təzyiqi və ödü sakitləşdirir.

Müalicə-profilaktika əhəmiyyəti olan vasitələrdən bir də təzə, yağı tamam yığılmış ayrandır. O susuzluğu və qan təzyiqini sakitləşdirməklə yanaşı iştihanı açır. Qurut qan təzyiqi və ödü yatırır. Qatıq də öz təsirinə görə ayrana yaxındır. Limon işlətmək qan təzyiqini və ödü sakiləşdirməklə mədəni gücləndirir.

Ağ rəngli təzə arpanın qaynanmış suyu təmiz qan yaratmaqla bərabər qan qəzyiqi, ödü və susuzluğu yatırır. Turşməzə sulu armud, turş tut, qırmızı, meyxoş və turş nar yemək qan hərarətini, qan təzyiqini və ödü sakitləşdirməklə susuzluğu aradan qaldırır və iştahanı açır. Abqora qan hərarəti və təzyiqini, ödü və mədə iltihabını sakitləşdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR