Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qan rənginiz nədən xəbər verir?

Qan rənginiz nədən xəbər verir?
Sakura

Qan rənginiz nədən xəbər verir?

Bədəninizdəki bəzi simptomlardan oksigen səviyyəsinin aşağı olduğunu hiss edə bilərsiniz. Bu məsələ xüsusilə COVID-19 xəstəliyi səbəbi ilə son vaxtlarda gündəmədir.

Ens.az medicina.az-a istinadən bildirir ki, türkiyəli professor Muhammed Emin Akkoyunlu qandakı oksigen çatışmazlığının müxtəlif yollarla özünü göstərdiyini söyləyib. Qan rəngi ilə az oksigen arasındakı əlaqəni izah edən professor qeyd edib ki, qan rəngi və parlaqlığı oksigen səviyyəsindən asılı olaraq dəyişir:

"Məsələn, infarkt keçirdiyiniz zaman ürəyinizdəki damarda laxtalanma baş verir, sinənizdə təzyiq və əzginlik hiss edirsiniz. Bu, müəyyən bir toxuma və ya orqanda olan oksigen çatışmazlığına işarədir.

Ayaqlarda və ya qollarda arteriyalar dediyimiz oksigen ötürən damarlarda tıxanma baş verir ki, bu da nəticədə həmin nahiyədə göyərmənin meydana gəlməsinə səbəb olur.

Əgər qandakı oksigen miqdarı çoxdursa, yəni qan oksigenlə doyursa, açıq qırmızı görünür. Ancaq qan oksigen ilə doymayıbsa, yəni oksigen miqdarı yetərsizdirsə, tünd qırmızı görünür. Əslində, qana parlaq rəng verən oksigendir. Dırnaq uclarına və dodaqlara da rəng verən qismən parlaq qırmızı və tünd qırmızı qanın təzadlı olmasıdır".

Mütəxəssis bədəndəki bəzi siqnalların oksigen səviyyəsini göstərdiyini söyləyib:

"Dodaq, dırnaq və barmaq uclarımızdakı rəng bənövşəyi rəng alırsa, deməli, bu bölgədə oksigen çatışmazlığı var. Xüsusilə dodaqlar və barmaqlar bizim üçün çox vacibdir. Bu bölgələr bədənin kənar ətrafları olmasına baxmayaraq, ümumi oksigen çatışmazlığını ilk olaraq göstərir.

Məsələn, çox soyuq suya girib çıxdıqda bədən istiliyini artırmaq üçün damarlar büzüşür. Əllərə və dodaqlara çox qan axını olmur və oksigen azaldıqca qan rəngi tündləşməyə başlayır. Bütün bu əlamətlərin üşüyəndə baş verməsi normal və müvəqqətidir, lakin normal şəraitdə, soyuqdəymə olmadıqda, dodaqlarda və barmaqlarda tünd rəng varsa, ya qanda oksigen ötürülməsində, ya da qan dövranında problem var. Bu halda mütləq həkimə müraciət edin".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR