Slimfit
  1. İQTİSADİYYAT

Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verilib

Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verilib
Sakura

Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verilib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin iştirakı ilə“Qalmaz” yeraltı qaz anbarının qaz həcminin 1 mlrd. kubmetrdən 1,5 mlrd. kubmetrə çatdırılması məqsədi ilə inşa edilmiş 3 saylı yeni kompressor stansiyasının istismara verilməsi mərasimi keçirilib.

Report” SOCAR-a istinadən xəbər verir ki, gündəlik məhsuldarlığı 3 mln. kubmetr həcmində olan yeni kompressor stansiyası “Qalmaz” yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30% artıraraq, 10 mln. kubmetrdən 13 mln. kubmetrə çatdıracaq. Bildirilib ki, anbara əlavə qaz həcmlərinin vurulması təbii qaza olan tələbatın kəskin artdığı qış aylarında tədarük edilmiş qaz həcmlərinin daha böyük həcmdə çıxarılması və istehlakçılara çatdırılması üçün şərait yaradır.

Yeni stansiya SOCAR-ın “Nefqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilib, inşası “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib. Layihəyə əsasən stansiya həm bir pilləli, həm də iki pilləli rejimdə işləyəcək. 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, yeraltı qaz anbarlarını genişləndirməkdə əsas məqsəd ölkənin artan daxili tələbatını təmin etmək, istehlakçılara təbii qazı maksimum sürət və səmərə ilə çatdırmaqdır: “Biz yay aylarında yeraltı qaz anbarlarına təbii qazı tədarük edir, qış aylarında isə tələbat artdıqca anbarlardan çıxarıb istehlakçılara çatdırırıq. Yeni kompressor stansiyası vasitəsi ilə təbii qaz anbara daha böyük həcmlərdə vurulacaq, abonentlərə daha çox mavi yanacaq çatdırılacaq”.

Qeyd edək ki, “Qalmaz” yeraltı qaz anbarı 1975-ci ildə “Qalmaz” neft-qaz yatağının şimal-qərb hissəsində yaradılıb. “Qalmaz” neft-qaz yatağı Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsində Bakı şəhərindən 75 km cənub-qərbdə yerləşir. Sahəsi 975 hektardır. “Qalmaz” yeraltı qaz anbarı məhsuldar qatın I, II, Abşeron və Ağcagil horizontlarında yaradılıb. 

                             

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR