Dərc edildi: Baxış sayı: 517
"Qalatasaray"ın oyunu azərbaycanlıya tapşırıldı
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Əliyevə növbəti dəfə etimad göstərib.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz CEV kubokunun 1/8 final mərhələsində iş başında olacaq.
O, kişi voleybolçular arasında keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Qalati” (Rumıniya) klubları arasında ilk görüşdə əsas hakim funksiyasını yerinə yetirəcək. Yanvarın 29-da İstanbulda təşkil ediləcək matçda ikinci referi belaruslu Konstantin Asipçik olacaq.
Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.
Cavab yazmaqdan imtina et