Dərc edildi: Baxış sayı: 827
"Qalatasaray" yeni futbolçu ilə anlaşdı
Türkiyə "Qalatasaray"ı "Kasımpaşa"nın futbolçusu Aytaç Kara ilə anlaşıb.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 2020/2021 mövsümünün sonunda 28 yaşlı yarımmüdafiəçini heyətinə qatacaq.
Təcrübəli oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, bu mövsüm 26 oyunda meydana çıxan Aytaç Kara 4 qol vurub, 2 məhsuldar ötürmə edib. O, "Beşiktaş"a 1:0 hesabı ilə qalib gəldikləri Superliqanın XXXI tur matçından sonra klubun icraçı direktoru Serkan Reçberlə mübahisə etdiyi üçün heyətdən kənarlaşıdırılıb.
Fubolçunun "Kasımpaşa" ilə müqaviləsi bu ilin iyununda başa çatacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət