Slimfit
  1. İDMAN

"Qalatasaray" yenə qalib gələ bilmədi

"Qalatasaray" yenə qalib gələ bilmədi
Sakura

"Qalatasaray" yenə qalib gələ bilmədi

Oktyabrın 5-də futbol üzrə Türkiyə Superliqasının VII turu çərçivəsində keçirilən görüşdə “Qalatasaray” səfərdə “Gənclərbirliyi”nin qonağı olub.

Axar.az xəbər verir ki, Əryaman stadionunda baş tutan görüş maraqlı hücumlarla yadda qalsa da, oyunda qapılara qol vurulmayıb. Gərgin keçən görüşdə hakim 11 sarı vərəqə və "Gənclərbirliyi"nin futbolçusu Əhməd Oğuza qırmızı vərəqə göstərib. Beləliklə, "Qalatasaray" səfərdə vacib 3 xalı qazana bilməyərək sülhə razılaşıb. Bu oyundan sonra "Qalatasaray" 10 xalla 7-ci pillədə qərarlaşıb.

Turun digər qarşılaşmasında isə "Kasımpaşa" doğma meydanda "Konyaspor"a 4:1 hesabı ilə məğlub olub. "Kayserispor" isə səfərdə "Göztəpə"yə 0:4 hesabı ilə uduzub.

Turun digər qarşılaşmaları oktyabrın 6 və 7-də keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR