Dərc edildi: Baxış sayı: 587
"Qalatasaray" stadionunu dəyişdirir
İstanbulun “Qalatasaray” klubuna ev sahibliyi edən “Türk Telekom” stadionunda dəyişikliklər ediləcək.
Publika.az xəbər verir ki, stadionun tamaşaçı tutumunun 60 minə qaldırılması hədəflənib.
“Sarı-qırmızı”lı klub “Arsenal”ın “Emirates” stadionunu örnək alaraq 3 sm olan oturacaq aralıqlarını daraldacaq və beləliklə, 52 min 650 nəfərlik auditoriya potensiallı tribunanı 60 minə çatdıracaq. Bunun üçün “Arsenal”dan stadionun struktur planlaşdırılması istənəcək.
“Qalatasaray” 50 min combine bilet satmaqla rekord qırmağı da planlaşdırır.
Dəyişikliklər bu mövsümün sonunda reallaşdırılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət