Dərc edildi: Baxış sayı: 594
"Qalatasaray" klubu Bakıya səfəri öncəsi cərimələndi
Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray" klubunu 24 min TL (5 450 manat) məbləğində cəzalandırıb.
Ens.az "Report"-a istinadən xəbər verir ki, buna İstanbul təmsilçisinin hazırlıq oyunlarında lisenziyasız futbolçu oynatması səbəb olub. Bu hal iki dəfə baş verib. İlk pozuntudan sonra TFF "sarı-qırmızılar"a xəbərdarlıqla kifayətlənibsə, ikincidə cərimələməyi məqsədəuyğun sayıb.
Qeyd edək ki, "Qalatasaray" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələcək. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. İstanbul klubu Bakıya bu gün gələcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət