Dərc edildi: Baxış sayı: 330
“Qalatasaray” Fatih Terimə yeni müqavilə təklif edəcək
Türkiyənin “Qalatasaray” klubu baş məşqçi Fatih Terimə yeni müqavilə təklif edəcək.
“Report” “NTV Spor”a istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi 65 yaşlı mütəxəssislə daha 3 il əməkdaşlıq etmək istəyir. Hazırkı sözləşmənin müddəti 2019-cu ilin mayınada başa çatır.
Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə “Qalatasaray”ın baş məşqçisi təyin olunan Fatih Terim son mövsümdə Türkiyə Super Liqasının qalibi olub. “Cim-Bom” cari çempionatda da 18 xalla liderdir. İstanbul təmsilçisi Çempionlar Liqasında D qrupunda yer alıb və 2 turdan sonra 3 xalla 3-cü yerdədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət