Slimfit
  1. İDMAN

'Qalatasaray' Falkao ilə 3 illik müqavilə bağlayıb

'Qalatasaray' Falkao ilə 3 illik müqavilə bağlayıb
Sakura

'Qalatasaray' Falkao ilə 3 illik müqavilə bağlayıb

Türkiyənin "Qalatasaray" klubu "Monako"nun futbolçusu Radamel Falkao ilə müqavilə bağlayıb.

"Report"un İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 33 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb. Ona hər mövsüm üçün 5 milyon avro ödəniləcək. Kolumbiyalı forvardı hava limanında 25 min azarkeş qarşılayıb.

Falkao 2013-cü ildən çıxış etdiyi "Monako"nun heyətində Fransa Liqasında ötən mövsüm 15 qol vurub. O, ölkə kubokunda isə 1 dəfə fərqlənib.   

Qeyd edək ki, "Qalatasaray" daha əvvəl İngiltərə "Sautgempton"undan Mario Lemina, "Brayton"dan Florin Andone və "Erzurumspor"dan Taylan Antalyalını transfer edib. Hazırda "sarı-qırmızılar" Superliqada 3 oyundan 4 xalla 9-cu pillədə qərarlaşıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR