Dərc edildi: Baxış sayı: 541
"Qalatasaray" Bakıya gətirmədiyi futbolçuları göndərmək istəyir
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq Türkiyə "Qalatasaray"ı iki futbolçusunu göndərmək niyyətindədir.
"Report" "Akşam"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçi Valentin Ozornvaforu icarəyə vermək istəyir.
Baş məşqçi Fatih Terimin oyununda narazı qaldığı digər arxa xətt oyunçusu Ahmet Çalık üçün də gələn təkliflər nəzərdən keçiriləcək.
"Sarı-qırmızılar" bu iki futbolçunun əvəzinə komandadakı rəqabəti artıra biləcək müdafiəçi almağı planlaşdırır. Həmin oyunçular "Neftçi" ilə matç üçün sifariş olunmayıb.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət