Dərc edildi: Baxış sayı: 703
"Qalatasaray" azarkeşləri üçün şad xəbər
Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"ın qonağı olacaq PSJ oyuna ciddi itkilərlə çıxacaq.
Fins.az xəbər verir ki, klubun rəsmi saytının İstanbul təmsilçsi ilə matç üçün açıqladığı iştirak ərizəsində aparıcı futbolçuların - hücumçular Neymar, Edinson Kavani və yarımmüdafiəçi Yulian Drakslerin adı yoxdur. Neymar və Draksler cəzalı durumda, Kavani isə zədəlidir. Qeyd edək ki, sabah keçiriləcək "Qalatasaray" - PSJ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət