Dərc edildi: Baxış sayı: 521
“Qalatasaray” 6 futbolçu ilə məşqi bərpa edib
“Qalatasaray” koronavirus pandemiyası ilə əlaqədar Super Liqaya fasilə veriləndən ilk dəfə məşqlərə başlayıb.
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi bu gün klubun bazasında bir araya gəlib.
Sosial məsafəni qorumaq şərtilə “Florya” bazasında baş tutan səhər hazırlığının ilk mərhələsində Fernando Muslera, Okan Koçuk, Markao, Marselo Sarakki və Florin Andone yer alıb. Mariano isə trenajor zalında məşq edib.
Qeyd edək ki, Türkiyənin digər böyük klubları “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor” da məşqləri bərpa ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət