Dərc edildi: Baxış sayı: 527
"Qalatasaray" 29 oyunda 39 qol vuran futbolçunun transferindən imtina etdi
"Borrusiya"nın (Dortmund, Almaniya) futbolçusu Erlinq Haland performansı ilə Avropanın diqqətini öz üzərinə çəkməyi bacarıb.
"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, norveçli hücumçu ötən il "Qalatasaray"ın hədəfində olub. Lakin "sarı-qırmızılar" maddiyata görə 19 yaşlı futbolçunu transfer etməkdən imtina edib.
Qeyd edək ki, futbolçu ötən gün PSJ (Fransa) ilə matçda 2 qol vuraraq komandasını xilas edib. Bu mövsüm ÇL-də 10 qola imza atıb. Ümumilikdə cari mövsümdə 29 oyuna 39 qol vurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət