Slimfit
  1. MƏDƏNİYYƏT

Qahirədə Azərbaycan dilini öyrənən tələbələrə ölkəmiz haqqında ətraflı məlumat verilib

Qahirədə Azərbaycan dilini öyrənən tələbələrə ölkəmiz haqqında ətraflı məlumat verilib
Sakura

Qahirədə Azərbaycan dilini öyrənən tələbələrə ölkəmiz haqqında ətraflı məlumat verilib

Misirin müxtəlif universitetlərində Azərbaycan dilini öyrənən tələbələr üçün avqust ayı ərzində bir neçə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Qahirədə Azərbaycan diasporu mərkəzində keçirilən tədbirlərdə “Vətənpərvər” Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov ölkələrimiz arasında tarixi əlaqələrdən, Azərbaycanın mədəniyyətindən, incəsənətindən və turizm potensialından geniş söhbət açıb. O, həmçinin Azərbaycan dilinin öyrənilməsinin əhəmiyyətindən, onun mənimsənilməsinin qısa yollarından və ərəb dilindən alınma sözlərdən bəhs edib. S.Nəsirov dilimizdə ərəb dilindən alınma sözlərinin sayının altı mindən çox olduğunu da xüsusi vurğulayıb.

Tədbirlərin sonunda tələbələrin sualları cavablandırılıb.

Xatırladaq ki, Misirin müxtəlif universitetlərindən 36 tələbə Azərbaycan dilini öyrənmək üçün Qahirədəki diaspor mərkəzinə müraciət edib. Onlar üçün avqustun 25-dən yeni qrup yaradılıb. Tələbələrə həftədə dörd saat olmaqla iki dəfə ödənişsiz dil dərsləri ilə yanaşı, ölkəmizin mədəniyyəti və tarixi də tədris olunur. Hazırda mərkəzdə 17 ölkədən 150-dən çox tələbəyə Azərbaycan dili başda olmaqla müxtəlif fənnlər ödənişsiz tədris olunur.

S.Nəsirov bildirib ki, biz bu yolla Vətənimizi təbliğ etməyə və ona yeni dostlar qazandırmağa çalışırıq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR