Slimfit
  1. MƏDƏNİYYƏT

“Qafqazinfo” 9 yaşında!

“Qafqazinfo” 9 yaşında!
Sakura

“Qafqazinfo” 9 yaşında!

Bu gün “Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasından 9 il ötür.

16 avqust, 2010-cu ildə işə başlayan sayt inkişaf edərək sıralarını genişləndirib. Vaxtilə bir neçə nəfərlə xəbər meydanına atılan “Qafqazinfo”nun hazırda 22 rəsmi əməkdaşı var. Bundan başqa, Bakıətrafı xəbərləri daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də işə cəlb olunub. 

Sutkalıq rejimdə, 24 saat ərzində yenilənən xəbər portalı 3 növbəli sistemlə işləyir.  

Gün ərzində sayta 100-dən çox xəbər qoyulur ki, bunlar müxtəlif sahələri əhatə edir. “Qafqazinfo” oxucusuna istər ölkədaxili, istərsə də dünya hadisələrindən anında xəbər tutmaq imkanı verir. Oxucularını tək-tək toplayan sayt 8 müxtəlif sahəni əhatə edən bölməsi ilə bütün sosial qruplara hədəflənib. Baş verən hadisələrin görüntüsünü də ətraflı təqdim etmək üçün portalda multimedia bölməsi də açılıb. 

Daim yenilikləri dəstəkləyən “Qafqazinfo” sosial şəbəkələrdə də aktiv səhifələri ilə fəaliyyət göstərir.

Feysbuk: https://www.facebook.com/qafqazinfo/

İnstaqram: https://www.instagram.com/qafqazinfo_az/

Yutub: https://www.youtube.com/channel/UCwvYXsl5CRwUgEgX9LQIz2w

Xəbər portalı bu 9 il ərzində texniki göstəricilərini də yeniləyib, İOS və android tipli telefonlar üçün mobil tətbiqetməsini təqdim edib. Şirkət ölkədə ƏDV ödəyicisi olan azsaylı media orqanlarından biridir. 

Yarandığı gündən bəri “Qafqazinfo”nun qazancı oxucuların etibarını itirməməsi, daim öz nüfuzunu qoruyub saxlamasıdır.

“Qafqazinfo” başda oxucular olmaqla, dövlət və qeyri-hökumət təşkilatlarına, əməkdaşlıq edən bütün qurumlara etimada görə təşəkkür edir!

 




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR