Dərc edildi: Baxış sayı: 476
Qafqazda ilk BMV-nin sahibi Hacı Zeynalabdin Tağıyev olub
Qafqazda ilk BMV-nin sahibi Hacı Zeynalabdin Tağıyev olub.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb. O bildirib ki, Azərbaycanda 1912-ci ilə qədər avtonəqliyyat vasitələrinin dövlət nömrə nişanı olmayıb:
“1912-ci il yanvar ayının 30-da Şəhər Upravası avtomobil sahiblərinə rəsmi məktub göndərərək, şəhər xəzinəsinə qeyd olunan rüsumu ödədikdən sonra müvafiq dövlət nömrə nişanı əldə etmələri ilə bağlı qərarı açıqlayır. Bu faktın ən maraqlı tərəfi o vaxt üçün öz avtonəqliyyat vasitəsinə görə ən iri rüsumu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ödəməsi olur - 120 rubl. Hətta sonralar Qafqazda ilk BMV-nin sahibi də məhz milyonçumuz H.Z.Tağıyev olur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət