Slimfit
  1. TARİX

Qafqaz müharibəsi

Qafqaz müharibəsi
Sakura

Qafqaz müharibəsi

Qafqaz, 150 il (1720-1870) Çar Rusiyasının od-alovu içərisində, yandı. Amma, bu alovun söndürülməsi üçün, bir birlik yaranmışdı, bu birlik, Qafqaz Birliyi idi. Mübarizlərlə rus qoşunları arasında ki, qarşılaşma, Qafqaz Müharibəsi adlanır və müstəmləkə imperiyasına qarşı çevrilmiş Milli-Azadlıq Hərəkatının, əsasında, Nəqşibənd Təriqətinin, Müridizm ideyası dayanırdı. Hərəkatın əsas məkanı, Dağıstan və Çeçenistan idi. 

Milli Nöqteyi Nəzər

Cəsur Qafqaz Oğulları, Milliyyətindən, irqindən, dilindən və dinindən asılı olmayaraq, Qafqazın Hürriyyəti və Müstəqilliyi uğrunda, Milli-Azadlıq və Qafqazlılar Hərəkatı prinsipi ilə işğalçı Çar qoşunlarına qarşı, Mübarizəyə Qalxdılar. Hərəkatın iştirakçılarının çoxunu Türk Müsəlmanlar, Qeyri-Türk Müsəlmanlar və Xristianlar: Azərbaycan, Avar, Çeçen, İnquş, Kabardin, Balkar, Qaraçay, Çərkəz, Qumuq, Gürcü, Abxaz, Acar, Rutul və Ləzgi Millətləri, Təşkil Edirdilər. Döyüşlərdə ən çox fərqlənənlər Avarlar, Çeçenlər, İnquşlar və Çərkəzlər idi. Qafqaz Müharibəsi dövründə, Hökmranlıq edən, Rusiya Çarları, bunlar idi: I Aleksandr(1801-1825), I Nikolay(1825-1855), II Aleksandr(1855-1881). Rusiyadan və Ukraynadan Qafqaza gələn könüllü dəstələrdə, Mücahidlərə qoşulur və Çar qoşunlarına qarşı, vuruşurdular. Qafqazlıların baş komandanları, növbə ilə daha əvvəllər Şeyx Mənsur Çeçenistanlı, yeni dövrlərdə isə İmam Qazi Məhəmməd Gimrəvi(1828-1832), İmam Həmzət Bəy Qoçatlılı(1832-1834) və Şeyx İmam Şamil Dağıstani(1834-1859) idi. Şübhəsiz ki, Hərəkatın daha alovlu olması, Türk qanlı Cəngavərlərin Şücaətinin, Böyük bir nəticəsi idi. 

Dini Nöqteyi Nəzər

Qafqaz, Millətlərinin çoxu, Dini mənsubiyyət baxımından, İslam dininə etiqad edən, Müsəlmanlar və az bir qismi isə Xristianlar idilər. İslam dinində, hər Müsəlmanın yerinə yetirməli olduğu, vacib bir şərt vardır. Bu şərt, Cihad Etmək Şərtidir. Cihadın da, öz şərtləri vardır: Yalnız və yalnız, Özün, Ailən, Dostların və Vətənin uğrunda, cihad etməlisən. Qafqaz Müsəlmanları, Allaha daha çox bağlı olduqlarından, İslam dininə daha dərin etiqad etmələrindən, onlarda Vuruşmaq ruhu, daha böyük olmuşdur. Onlar Allah, Peyğəmbər, Din və Vətən uğrunda Vuruşurdular, rus zabitlərini və əsgərlərini, “Kafir” adlandırıb, bir zərbə ilə məhv edirdilər. Şimali Qafqazda yaşayan Müsəlmanlar, təmiz Əhli-Sünnə Təriqətinin mənsubları idilər və onlarla birgə vuruşanların az bir qismi isə şiələr idi. Xristianlar isə İslami Cihad yox, Qafqazın azadlığı, Qafqaz Millətlərinin müdafiəsi, Ümumi Azadlıq uğrunda və Öndən gedən Müsəlman Liderləri Xilaskar və Vahid Milli Lider adlandıraraq, onların vahid azadlıq bayrağı altında Birləşib, düşmənə qarşı Vuruşurdular. İmam Şamil, Cihad haqqında, belə demişdi: İstilaya uğrayan Vətən Torpaqları, sülh ilə ələ keçməz, Döyüşlə Alınar. Allah, Haqq və Vətən uğrunda vuruşanlara, Yardımçı olsun. Qafqazlılar!, İllərdən bəri sinə gərməyə çalışdığımız, ən dəhşətli an, gəlib çatmışdır. Edə biləcəyimiz yeganə iş, düşmənlə fasiləsiz və amansız Vuruşmaqdır. Bu günə qədər Hərb etmək, Şərəf və Vətən borcu idi. Amma, bu gün, Hamımızın üstünə Fərz Olmuşdur. İmam Şamil, Qafqazda şəriət-İmamət Dövləti qurmuşdu. Bu Dövlət, Qafqaz İslam Dövləti adlanırdı. İmam Şamil Qafqazın və Qafqazlıların həm Siyasi Lideri və həm də ki, Dini Lideri sayılırdı. Qafqazlılar, Vətən uğrunda vuruşmaqla, öləndən sonra Şəhid olacaqlarına və Cənnətə qovuşacaqlarına, İnanır və Etiqad edirdilər.

Hərbi Nöqteyi Nəzər

Qafqaz ərazisi, vuruşan hər iki tərəf üçün, Hərbi cəhətdən əlverişli və strateji əhəmiyyətə malik bir ərazi idi. Qafqazın, Mücahidlər üçün, hərbi cəhətdən daha əlverişli olması, onların Qafqaza daha yaxşı bələd olmalarıdıysa, Qafqazın, ruslar üçün hərbi cəhətdən daha əlverişli olması isə ondan ibarət idi ki, Qafqazın şimal hissəsi, Cənubi Qafqazdan yəni ki, Abxaziya və Gürcü ərazilərindən, mühasirəyə alınmışdı və Şimal hissəsi, asandçılıqla ələ keçiriləcəkdi. Sadəcə olaraq, Qafqazın cənubu düz yollardan ibarət idisə, şimal hissəsi isə uca dağlarladan və hündürlüklərdən başlanırdı. Qafqaz mübarizləri, ruslara qarşı, yüksək keyfiyyətli tələlər qururdular və Çar qoşunlarını, o, tələyə salıb, məhv edirdilər. Ruslar, Şimali Qafqazın Hündürlüklərinə, qalxdıqca və irəlilədikcə, tez-tez üç və ya dörd Qafqazlının, qəfil hücumu ilə qarşılaşırdılar və ya üstlərinə böyük daş qayaları atılırdı. Çarın göndərdiyi iri rütbəli Generallar, zabitlər və hərbi dəstələr, Vüqarlı Qafqaz dağlarında, pərən-pərən düşərək, məhv olub, ölürdülər. Qafqazlılar, öz ərazilərində, daha asand vuruşurdular. Amma, bu ərazilər, ruslar üçün yad idi deyənə, çaş-baş qalırdılar.

Dünyanın imperialist Dövlətlərinin, Qafqaz Xalqlarının, işğalçı Rusiya imperiyasının müstəmləkəsinə qarşı, apardıqları Milli-Azadlıq hərəkatını, dəstəkləmələri və siyasi məqsədləri.

Siyasi Nöqteyi Nəzər 

Qafqaz müharibəsi dövründə(1817-1864), iri imperialist Dövlətlərin(İngiltərə, Fransa, Osmanlı İmperiyası), Qafqaza aid böyük siyasi maraqları var idi və Qafqaz Millətlərindən, öz siyasi maraqları üçün, çox yaxşı istifadə edirdilər. Rusiyanın qafqazı işğal etməsi və qafqaza sahiblənməsi, ona qarşı, Osmanlı və Avropa Dövlətlərini, birləşdirirdi. Hələ, 1722-1723-cü illərdə, Çar I Pyotrun Qafqaza yürüşü, Avropa və Osmanlı tərəfindən, çox böyük narazılıqlarla, qarşılanmışdı. Əslində, Qafqaz millətləri arxasında, Rusiyaya qarşı İngiltərə və Osmanlı vuruşurdu. Qafqaz Mücahidlərinin Dini və Siyasi Lideri olan İmam Şamil, Osmanlı imperiyasının, müdafiə etdiyi xüsusi bir şəxs idi. Çünki, İmam Şamillə bərabər, Şimali qafqaz millətləri, Osmanlı imperiyasını özlərinə dost bilir və ona meyl göstərirdilər. Zahirdə, güya belə görsənir ki, Qafqaz əhalisi, təkbaşlarına birləşiblər və ruslara qarşı vuruşurlar. Amma, pərdəarxası planlar, gizli qalırdı. İmam Şamil Dağıstanı, Çeçenistanı, İnquşetiyanı əhatə edən bir Qafqaz İslam Dövləti qurmuşdu və bu Dövlətin adı, İmamət Dövləti adlanırdı. Əslində, Bu dini Dövlət, Avropa dövlətlərinin, Rusiyanın qafqazı işğal etməsinə qarşı qurduqları, böyük sipər və alınmaz bir qala idi. 

Qafqaz Millətlərinə hərbi və maddi yardımların göstərilməsi nəticəsində ruslar, qafqazı 50 ilə qədər işğal edə bilmədilər. İmperialist dövlətlər, Şimali qafqaz millətlərinin, güclü dini imanından və güclü Milliyyətçilik ruhundan istifadə edirdi. Qafqazlıların axrasında Osmanlı, Osmanlının arxasında isə İngiltərə dayanırdı. Çar Hökümətinin siyasətçiləri, Şeyx Şamilin əsir götürülməsindən və Qafqazlıların alovlanan milli-azadlıq hərəkatının süqutu nəticəsində başa çatan Qafqaz müharibəsindən sonra İmam Şamilin, Böyük Britaniya kəşfiyyatının adamı və Osmanlı imperiyasının casusu olduğunu, dedilər. Aydın məsələdir ki, bu hərəkatın arxasında Avropa və Osmanlı Dövlətləri dayanırdı. Amma, hər şey mübarizəni böyük əzmlə aparan və Vətənləri uğrunda hətta, ölümlə barışan Qafqazlıların vuruşmağından aslı idi. Düzdür, Qafqazlılar yalnız və yalnız müsəlman ölkələrindən və ən əsası Osmanlıdan, dəstək gözləyirdilər. 

Amma, onlar rəsmən və öz istəkləriylə Avropa dövlətlərinin, Rusiyaya qarşı ittifaqına qoşulmamışdılar. Əslində, Qafqaz meydanlarında, Rusiya və Avropa, Osmanlı Dövlətləri müharibə aparırdılar, Qafqaz Millətləri, sadəcə olaraq, bir sipər idi və bu sipər, Rusiya tərəfindən darmadağın edildi. Qafqazda baş verən Milli-Azadlıq Hərəkatı, çox şaxəli bir hərəkat idi və bu alovlu hərəkatda özləridə bilmədən, Döyüş oyununa girən aldanmış Mücahidlər, hər iki tərəfdən, məhv edildilər. 

Ərtoğrul Mehdizadə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR