Slimfit
  1. HƏRB

Qadınların ümidinə qalan işğalçı Ermənistan ordusu

Qadınların ümidinə qalan işğalçı Ermənistan ordusu
Sakura

Qadınların ümidinə qalan işğalçı Ermənistan ordusu

İşğalçı Ermənistan ordusu Dağlıq Qarabağda mövqelərini itirməkdə davam edir. Azərbaycan Ordusunun əks həmlələri nəticəsində işğal altında olan ərazilər hər gün azad olunur, düşmənin hərbi texnikaları və canlı qüvvəsi məhv edilir.

Ens.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu günədək Ermənistan tərəfi rəsmi şəkildə Qarabağda 1166 hərbçisinin ölümünü etiraf edib.

Onlar arasında həm çağırışçılar, həm də müqavilə əsasında və ehtiyatdan çağırılan hərbçilər var. Reallıqda bu rəqəmlər göstəriləndən dəfələrlə çoxdur. Bunu Dağlıq Qarabağda Rusiya KİV-lərinə müsahibə verən ermənilər də təsdiqləyib. 

Ermənistan ordusunun acı məğlubiyyəti ermənilər arasında ordudan yayınma hallarına gətirib çıxarıb. Artıq Ermənistan ərazisində yaşayan ermənilər müxtəlif yollarla müharibədə iştirakdan yayınır və orduda xidmət etmək istəmirlər.

Ermənistan rəhbərliyi ordu sıralarında yaranan əsgər çatışmazlığını aradan qaldırmaq üçün qadınların xidmətindən istifadə etməyə başlayıb. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan da təsdiqləyib ki, artıq qadınlardan ibarət batalyon təlimlərə başlayıb. İşğalçı ordunun qadınların ümidinə qalması Ermənistanın düşdüyü vəziyyəti açıq şəkildə ortaya qoyub.

Erməni gənclər arasında ordudan yayınmaq halları, ön xətdə ölməmək üçün zabitlərlə əlbəyaxaya çıxmaq kadrları və nəhayət işğalçı ordunun əksər hərbi texnika, RƏM sistemi, silah-sursat anbarlarının məhv edilməsi İrəvanın məğlubiyyətinin bariz nümunəsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR