Slimfit
  1. MƏŞHURLAR

Qadınların ilham qaynağı olan Michelle Obamadan 18 sitat

Qadınların ilham qaynağı olan Michelle Obamadan 18 sitat
Sakura

Qadınların ilham qaynağı olan Michelle Obamadan 18 sitat

Amerikanın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Michelle Obama, bir ana, yazıçı və stil ikonudur. First Lady olan Michelle Obama vəzifədə olduğu 8 il müddətində, dünyadakı bütün qadınların ilham qaynağı oldu.

Qadınlar üçün hüquq bərabərliyi, qız uşaqları üçün təhsil haqqı və sağlam həyat üçün bir çox işlər gördü. Dövrümüzün inqilabçı qadınlarından biri olduğunu əminliklə deyə bilərik. Həmçinin son illərdə dediyi bir neçə motivasiya edici sözlə dünyadakı bütün insanlara cəsarət verməyi bacarmışdı.

1) “Uğur, qazandığınız məbləğin miqdarı ilə ölçülmür. Uğur, insanların həyatında nə qədər faydalı olmağınızla ölçülür.”

2) “Qorxma. Fikrini cəmlə. Qərar ver. Ümidini itirmə. Güclü ol.”

3) “Qızların təhsilli olması, dövlətlərini daha güclü və uğurlu edir.”

4) “Qadınların potensialını kəşf etməyən və vətəndaşlarından yararlanmayan heç bir ölkə inkişaf edə bilməz.”

5) “Xəyallarınıza çatmaq üçün nə qədər çox çalışsanız və həvəsli olsanız bir o qədər də yüksəyə qalxacaqsınız.”

6) “Hardan gəldiyinizdən və kim olduğunuzdan asılı olmayaraq, GÖZƏLSİNİZ.”

7) “Geridəqalmış cəmiyyətlə inkişaf etmiş cəmiyyət arasındakı fərq dəyər göstərilən qadınların varlığıdır.”

8) “Hər zaman özünüzə qarşı dürüst olun və kiminsə öz fikirləri ilə sizi hədəfinizdən uzaqlaşdırmağına imkan verməyin.”

9) “Qadınlar olaraq özümüz üçün mübarizə aparmalıyıq. Qadınlar olaraq bir-birimiz üçün mübarizə aparmalıyıq. Qadınlar olaraq hər kəs və ədalət üçün mübarizə aparmalıyıq!”

10) “Yenilikləri təcrübədən keçirin. Qorxmayın. Rahatlığınızı qurban verin və yüksəlin.”

11) “Qarşılaşdığınız çətinliklərin və uğursuzluqların sizi ruhdan salmağına imkan verməyin. Əksinə, onların sizi motivasiya etməsinə icazə verin.”

12) “Çalışmağıma ən çox kömək edən şey, özümdən şübhə etməyimdir.”

13) “Qorxunuza və nəticənin necə olacağına əsaslanaraq qərar verməməlisiniz. Pozitiv düşünün və yaxşı olacağına inanaraq qərar verin.”

14) “Gələcəyim standart bir testdəki performansımla ölçülsəydi, indi burda olmazdım. Buna əmin ol.”

15) “Həyatlarının başlanğıcından etibarən qızların, ətrafdakı insanlar tərəfindən sevilməsi və onlardan ilham alaraq nəyə nail ola biləcəklərinə bir nümunəyəm. Həyatım boyu mənə gücü öyrədən mükəmməl qadınlarla qarşılaşdım.”

16) “Həqiqətən güclü olan insanlar, başqalarını da gücləndirər və bir yerə toplayar.”

17) “İnanclarıma və dəyərlərimə bağlı olduğum və öz əxlaqi prinsiplərimə önəm verdiyim müddətcə, tək gözləntilərin “mənim gözləntilərim” olduğunu öyrəndim.”

18) “Böyük rəsmin dəyişdirilməsi vaxt alır və ediləcək ən yaxşı şey həyatımızda edə biləcəklərimizə fokslanmağımızdır. Bunların hamısını etsək, bu əsl dəyişim olar.”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR