Slimfit
  1. MARAQLI

Qadınların dünyanı dəyişdirən 10 ixtirası

Qadınların dünyanı dəyişdirən 10 ixtirası
Sakura

Qadınların dünyanı dəyişdirən 10 ixtirası

Wi-Fi, silikon, dairəvi mişar və gözəl xanımların etdikləri bir neçə vacib ixtira.

Dairəvi mişar

Tabita Bebbit, 1813

Bu, 19-cu əsrdə Amerikada dini icmada yaşayan toxucu Tabita Bebbit tərəfindən icad edilmişdir. O, adi iki qulplu mişarla kötükləri doğrayan kişiləri müşahidə edərək öz cəhrəsinə bərkidilmiş dairəvi mişarın ilk prototipini yaratdı. Düzdü, bu ixtira ətrafında hələ də mübahisələr gedir və bəziləri hesab edir ki, bundan əvvəl də dairəvi mişarlar var idi. Bununla belə, adı çəkilən alətin seriyalı istehsalı dəqiq olaraq 1813-cü ildə Tabita Bebbitin yaratdığı prototip əsasında yaradılıb.

Qabyuyan maşın

Jozefina Kokreyn , 1886

1850-ci ildə gənc amerikalı Con Qouton gözləntilərinə görə qab-qacağın yuyulması prosesini avtomatlaşdıra bilən bir ixtiranı patentləşdirdi. Ancaq təcrübə zamanı onun qurğusu boşqabları sındırdı və qabların yarısını çirkli qoydu. Yekunda əsl qabyuyan maşın meydana çıxdı - bu, sadə evdar qadın Jozefina Kokreyn tərəfindən 1886-cı ildə icad edilmişdi. Cihaz, qabları mükəmməl yuyur, suyu adi istilik elementindən istifadə edərək qızdırırdı və mətbəxə asanlıqla quraşdırılırdı. Jozefina tezliklə ixtirasını təkmilləşdirdi və hətta qabyuyan maşına inteqrasiya edilmiş qurutma maşınını da əlavə etdi.

İlk proqramlaşdırma dili

Ada Lavleys, XIX əsrin ortaları

İngilis riyaziyyatçısı Ada Lavleys 1815-ci ildə anadan olmuş və EHM üçün iık proqramı yazmışdır - hərçənd onun dövründə hesablama maşınları yalnız nəzəriyyədə mövcud idilər. Lavleys kodu Bernoulli saylarını hesablamaq üçün bir alqoritm idi və 100 il sonra real cihazlarda tətbiq olundu. Ada məişətə "dövr" və "işçi hüceyrə" anlayışlarını daxil etdi və 20-ci əsrdə onun şərəfinə proqramlaşdırma dilinə Ada adı verildi.

Avtomobil şüşə siləni

Meri Anderson, 1903

Müasir şüşə silənləri amerikalı Meri Anderson icad edib - o trolleybusda gedərkən, sürücünün yolu izləmək üçün qarlı havada açıq pəncərədən baxmağa məcbur olduğunu görür. Meri, ön şüşəyə bərkidilmiş idarə olunan şüşə silənin modelini yaratdı və 1903-cü ildə patentləşdirdi. İlk şüşə silənlər çox sadə idi - kiçik bir ling və şüşə boyunca sürüşən bir cüt xətkeş. Tezliklə, şüşə silənlər bütün maşınların ayrılmaz hissəsinə çevrildi, baxmayaraq ki, Meri heç vaxt öz patentini böyük istehsalçılara sata bilmədi.

Maşınlar üçün səsboğucu

El Dolores Cons, 1917

İlk avtomobillər ümumiyyətlə səsboğucu olmadan istehsal olunurdu - təsəvvür edə bilərsiniz, yolda nə qədər səs-küy yaradırdılar: atları, insanları qorxudurdular, onların sakit yaşamalarına və küçələrdə hərəkət etmələrinə mane olurdular. El Dolores Cons avtomobil mühərrikləri üçün akustik filtr icad edərək vəziyyəti düzəltdi. İxtira 1917-ci ildə patentləşdirildi və bütün maşınlarda quraşdırıldı.

İstilik qazanı

Elis H. Parker, 1919

Afroamerikalı Elis H. Parker yüz il əvvəl - 1919-cu ildə qaz isitmə qazanını icad etdi. Bu ixtira sayəsində milyonlarla insan hələ də evlərini qənaətlə isidə bilir. Parker qazanı istilik şəbəkələrinə asanlıqla quraşdırılırdı, bundan başqa əvvəlki modellər kimi lokal olaraq istifadə edilmədi və tez bir zamanda çoxmənzilli binalarda tətbiq edilməyə başlandı.

Görünməz şüşə

Ketrin Blodjet, 1939

Fizika üzrə doktorluq dərəcəsini qazanan ilk qadın olan Ketrin Blodjet nəhəng General Electric şirkətində çalışırdı. Məhz bu xanım işığın 99% -dən çoxunu ötürən şüşə yaratmaq texnologiyasını hazırlamışdı. 1939-cu ildə onun ixtirası kinematoqrafiya sahəsində tətbiq edildi, hazırda isə belə şüşələr linzalarda, teleskoplarda, avtomobil pəncərələrində və eynəklərdə istifadə olunur.

Wi-Fi -ın əsası

Hedi Lamarr, 1942

Avstriya əsilli Hollivud aktrisası Hedi Lamarr təkcə möhtəşəm və gözəl qadın deyil, həm də uğurlu ixtiraçı idi. O, 1942-ci ildə siqnalları ötürmə kanallarını dinamik şəkildə dəyişdirən əlaqə sistemini fikirləşdi. Genişləndirilmiş spektr və tezlikləri sıçrayışlar şəklində yenidən qurma texnologiyası "Gizli Rabitə Sistemi" adlandırıldı və torpedaları uzaqdan idarə etmək üçün istifadə edilirdi ki, onları yaxalamq mümkün deyildi. Ancaq yarım əsrdən sonra bu, mobil rabitə və Wi-Fi üçün əsas oldu.

Kevlar və zirehli jilet

Stefaniya Kvolek, 1965-ci il

Kevları 1965-ci ildə doktor Stefania Kwolek icad etdi - O, böyük şirkət olan DuPont-da kimya sahəsində çalışırdı. Stefania, şinlərdə istifadə üçün davamlı lif axtarırdı, lakin nəticədə güllə keçirməyən gödəkçələri - indi polis, hərbi və yanğınsöndürənlər üçün hazırlandığı çevik, yüngül və davamlı bir maddə olan Kevları kəşf etdi. Ümumilikdə Kvolek 28 ixtiraya patent vermişdi və "İxtiraçıların Milli Şöhrət Zalına" qəbul edilmişdi

Silikon

Patrisiya Billinqs, 1970

Qəribə olsa da, silikonu bir qadın heykəltəraş icad etdi, plastik cərrahlar yox: Patrisiya Billinqs heykəllərinin möhkəmliyi üçün sement əlavəsi axtarırdı. Nəticədə, 1970-ci ildə o, atəşə davamlı və incəsənət üçün əla olan xüsusi sarsılmaz gips növü yaratdı. Sonralar silikon üçün daha çox əlavələr tapıldı, lakin əvvəlcə heykəllərin yaradılmasında istifadə edilmişdir.

Mənbə: ichip.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR