Slimfit
  1. KİŞİLƏR ÜÇÜN

Qadınları qıcıqlandıran kişi tipləri

Qadınları qıcıqlandıran kişi tipləri
Sakura

Kişilərin fikir vermədən etdikləri bəzi davranışlar qadınlar ilə kişilər arasında problem yaradır

Kişilərin fikir vermədən etdikləri bəzi davranışlar qadınlar ilə kişilər arasında problem yaradır. Biz dəfələrlə şikayətimizi yeniləsək də, onlar həmişə bildiklərini edirlər. “Gencaile.az” qadınları qıcıqlandıran kişi tiplərini təqdim edir:

 

Başqalarının yanında yüksək səslə danışması

Kişilər çox əsəbiləşdikləri vaxtlarda qəzəbli olurlar, gözləri heç kimi görmür. Sizə və ya hər hansı bir şeyə əsəbiləşdiyi zaman ətrafındakı insanlardan çəkinmədən səsini yüksəltməsi qadınların ən nifrət etdiyi kişi davranışlarından biridir.

 

Söyüşlə danışmaq

Kişilərin çoxu söyüş mövzusunda həssas deyil. Söyüş işlədərək danışmaqdan çəkinməzlər. Bəzən yolda, bəzən futbol seyr edərkən yanınızda işlətdiyi söyüşlər qadınları hövsələdən çıxara bilər.

 

Futboldan danışmaq

Qadınlar ümumiyyətlə, futbolla maraqlanmazlar. Bəzi istisnalar olsa da, ümumi qavrayış budur. Ancaq kişilərin də futbol ilə maraqlanmamaqları istisnadır. Əksəriyyəti əsl futbol dəlisidir. Davamlı futbol seyr edərək oyun haqqında saatlarla şərhlər edər. Bu vəziyyət həddini aşanda qadınlar üçün dözülməz olur.

 

Gec gələn mesaj

Qadınlar kişilərə görə daha çox hissləri ilə hərəkət edərlər və buna görə qarşısındakına daha çox dəyər verərlər. Kişilər sevsə də, onlar bu cür detallara əhəmiyyət verməzlər. Bu detallardan biri də gec gələn mesajlardır. Qadınlar belə hallara daha çox əhəmiyyət verir. Hər dəqiqə danışmaq, hər dəqiqə birlikdə olmaq istəyərlər bəzən. Gələn cavaba dəqiqəsində, hətta bəzən də saniyəsində cavab verərlər. Lakin kişilər bu mövzuda qadınlar qədər düşüncəli deyillər. Onlar üçün çox əhəmiyyətli olmasa da, bu vəziyyət qadınlar üçün əhəmiyyətlidir və bu böyük narazışılğa səbəb olur.

 

Yemək yeyərkən diqqət etməmək

Bəzi kişilər qadınlarla müqayisədə daha kobud şəkildə yemək yeyərlər. Birlikdə yemək yeməyə gedəndə dostlarının sürətinə diqqət etmədən yemək qaydası qadınları əsəbiləşdirə bilər. Eyni zamanda, bu, heç də gözəl xasiyyət deyil.

 

Bir yerə gedərkən tələsmək

Qadınlar hər zaman çölə çıxarkən gözəl görünmək üçün uzun müddət hazırlaşırlar. Ancaq kişilər bu mövzuda həmişə səbrsiz və dözümsüzdür. Narahat edərək həm hazırlaşmağınıza icazə verməzlər, həm də deyinməyə davam edərlər. Qadınların kişilərin çölə çıxarkən tələsməsindən heç xoşları gəlməz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR