Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qadınlarda ani ölüm riskini azaldan çay

Qadınlarda ani ölüm riskini azaldan çay
Sakura

Qadınlarda ani ölüm riskini azaldan çay

Çobanyastığı çayı ömrü uzadır, xüsusilə, qadınlarda ani ölüm riskini azaldır.

Publika.az xəbər verir ki, bu fakt Texas Universitetinin professorlarının apardıqları araşdırma nəticəsində ortaya çıxıb.

“Gerontolog” adlı jurnalda araşdırma nəticələrinə həsr olunan məqalə dərc edilib. Həmin məqalədə qeyd olunub ki, çobanyastığı çayı qadınlarda ani ölüm riskini 29 faizə qədər azaldır.

5 ştatdan 1,677 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, xüsusilə 65 yaşdan sonra çobanyastığı çayı içmək çox önəmlidir.

Daha öncəki araşdırmalarda çobanyastığının yaşlılığın əlamətlərini yox etdiyi məlum olmuşdu.

Qeyd edək ki, çobanyastığı qanda şəkərin səviyyəsini və təzyiqi sabitləşdirir, infarkt və iflic riskini azaldır. Həmçinin, həzm sistemi, yuxusuzluq, ekzema kimi problemlərə də yaxşı təsir edir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR