Slimfit
  1. ARAŞDIRMA

Qadınlar niyə kişilərdən çox yaşayırlar

Qadınlar niyə kişilərdən çox yaşayırlar
Sakura

Alimlər altı səbəb göstərirlər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanlığın həyat səviyyəsi barədə hər il məlumat dərc edir. Bu il ÜST-ün statistikası kişi və qadın ömrünün fərqli sürəkliliyinin nədən asılı olduğu sualıyla heyrətləndirib. ÜST başçısı Tedros Adhanom Gebreyesus giriş sözündə vurğulayır: “Nəzərə almaq önəmlidir ki, 2019-cu ilin statistikası öz tarixini rəqəmlərdə yazdığına baxmayaraq, nəticələr real adamlara aiddir”.

Altı nəticə:  

1. Dünyada qızlardansa xeyli çox oğlan doğulur, amma zaman keçdikcə onların arasındakı nisbət dəyişir.

ÜST-ün dəyərləndirdiyinə görə, bu il dünyada 141 milyondan çox uşaq doğulacaq. Bu zaman oğlanların xeyrinə mühüm üstünlük müşahidə olunur: 68 milyon qıza qarşı 73 milyon. Yəni 100 qıza, demək olar, 107 oğlan düşür.

Amma kişilər qadınlardan tez öldüklərindən vaxt keçdikcə bu nisbət dəyişilir. 2016-cı ildə 50-54 yaş qrupundakı fərq bərabərləşib, 60-64 yaşlılar arasındakı qadınlar isə artıq çoxluqda olublar: 100 qadın cəmi 95 kişiyə qarşı. Bu tendensiya daha böyük yaş qruplarında sürətlə güclənir.

2. Qadınlar təkcə çox yaşamır, həm də daha çox sağlam qalırlar.

Adamların həyatının davamlılığı bütün dünyada artır. Oğlanlar zəmanəmizdə ortalama, demək olar, 70, qızlar 74 yaşadək yaşayırlar. Bu, 2000-ci ildəkindən, haradasa, 5 il çoxdur. Bu zaman hər iki cinsin yaşam müddəti arasındakı fərq dörd ildən çox olur.

İnsanların sağlam qaldıqları zamanın uzunluğu da artır. ÜST-ün məlumatına görə, bu gün doğulan uşaqlar sevinə bilərlər, çünki tam sağlamlıqla 63,3 yaşa qədər yaşaya bilərlər. Lakin hər iki cins təmsilçilərinin arasında fərq var: bu rəqəm qadınlarda 64,8 yaş, kişilərdə isə cəmi 62,0 yaş təşkil edir.

3. Kişilərin tez ölməyinin xeyli səbəbi var.

Araşdırıcılar iddia edirlər – kişilərin daha qısa həyatının xeyli səbəbi var. 40 ən sıx ölüm səbəbindən 33-ü kişilərin həyatının uzunluğuna daha güclü təsir edir.

Əsas səbəblər:

-ürəyin işemik xəstəlikləri (bu, qadınlarla müqayisədə kişilərdə yaşayışın 8,4 ilinə başa gəlir);

-YNH (yol-nəqliyyat hadisələri – 0,47 il);

-ağciyər xərçəngi (0,4 il);

-ağciyərin xroniki obstruktiv xəstəliyi (0, 36 il).

Bəzi hallarda genetik meyl baş verir. Məsələn, X-xromosomla bağlı proseslər qızlarda immun sisteminin daha güclü olmasını şərtləndirir və çağa yaşlarında çox vaxt sağ qalırlar. 2017-ci ildə oğlanlarda beş yaşadək yaşamamaq riski qızlardakından 11% çox olub.

Başqa səbəblər gender rollarıyla bağlıdır. Kişilər nəqliyyat sektorunda sıx-sıx işlədiklərindən tez-tez yol-nəqliyyat hadisələrinin qurbanı olurlar. 15 yaşdan böük kişilərdə YNH-də həlak olmaq riski qadınlardakından iki dəfə çoxdur.

4. İnkişaf etmiş ölkələrdə həyatın uzunluğu inkişaf etməkdə olan ölkələrdəkindən xeyli çoxdur.

Bu və ya başqa bölgə nə qədər çox yoxsuldursa, kişi və qadın ömrünün uzunluğundakı fərq bir o  qədər azdır. Bu, birinci növbədə, hamiləliklə əlaqəli təhlükələrə bağlıdır. Əhalinin gəlirinin aşağı olduğu ölkələrin 90%-dən çoxunda 100 qadına dörddən az mamaça düşür. Bunun öz nəticələri olur:

-hətta günümüzdə də əhalinin gəliri aşağı olan ölkələrdə hamiləlik və ya doğuş vaxtı 41 qadından biri ölür;

-Əhalinin gəliri yüksək olan ölkələrdə yalnız 3500 qadından biri ölür. Bundan başqa, yoxsul ölkələrdə qadın və kişilərə eyni dərəcədə xətər vuran infeksiya xəstəliklərindən daha çox adam ölür.

Öz növbəsində, varlı ölkələrdə həyatın uzunluğu arasındakı fərq ekologiya və qeyri-sağlam həyat tərzi kimi amillərdən xeyli dərəcədə asılıdır. Deməli, əhalisi yüksək gəlirli ölkələrdə alkoqol və siqaretdən lap çox istifadə olunur. Bu, xeyli dərəcədə kişilərə aiddir: ÜST-ün məruzəsinə əsasən, onlar 2016-da qadınlardan beş dəfə соx siqaret çəkib və dörd dəfə çox alkoqoldan istifadə edib.

Araşdırıcılar iddia edirlər: “Kişilərin səhiyyəyə böyük çıxışı olsaydı, özəlliklə hipertoniyanı fəal mülaicə etsəydilərömrün uzunluğu artardı”.

Amma, onların fikrincə, həyatın uzunluğunun artmasının əsas amilləri tütün, alkoqol və qeyri-sağlam qidalanmaqdan imtina, habelə yol-nəqliyyat hadisələrindən daha yaxşı müdafiə olardı.

5. İntihar və qətllər Amerika və Avropada problemdir.

Dünya miqyasında əhalinin say nisbətində qətllərin çoxu ÜST-ün müşahidə bölgəsi, Şimali Amerika ilə Mərkəzi və Cənubi Amerikanın da daxil olduğu Amerikada baş verir. Ən çox sayda intihar müşahidələrin Rusiyanı da birləşdirən Avropa bölgəsində həyata keçirilir.

Bu iki amil arasında da müəyyən gender fərqləri var: araşdırıcıların iddiasına görə, dünya miqyasında kişinin özünə qəsd edəcəyi ehtimalı qadın intiharı ehtimalını 75% üstələyir. Bundan savayı, kişilər qadınlardan dörd dəfə tez-tez qətllərin qurbanı olurlar.

Bununla belə, qadınlar dünya miqyasında son dərəcə sıx şəkildə zorakılığın qurbanı olurlar: 2013-də 15-49 yaşdakı qadınların 35%-i boynuna alıb ki, fiziki, ya da cinsi zorakılığın qurbanı olublar.

6. Və nəhayət, qadınlardansa kişilər xəstəliyə görə az-az narahat olurlar

Kişi və qadınlar eyni xəstəlikdən əziyyət çəkərkən kişilər, bir qayda olaraq, həkimlərin yardımına gec müraciət edirlər. Məsələn, kişilərdə İİÇV (insanda immun çatışmazlığı virusu-red.) və ya vərəm diaqnozu, adətən, gecikmə ilə müəyyən olunur. Uyğun olaraq, tibbi yardımı da gec alırlar. Bu ona gətirir ki, onlar əlavə xəstəliklərdən tez-tez əzab çəkir və QİÇS-dən ölürlər.

Məruzə müəllifləri yekunda qeydə alıblar: “Bu qayda ilə, kişilərin tibbi yardıma çıxışının yaxşılaşdırılması üzrə strategiya təkcə həyatın uzunluğu planında gender fərqini bərabərləşdirməzhəm də bütünlükdə cəmiyyətdə xəstəliklərin yayılmasını məhdudlaşdırardı”.

 

Mənbə: Strateq.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR