Slimfit
  1. CƏMİYYƏT

Qadınlar niyə amansızlıqla qətlə yetirilir? - “Qanunda psixoloji müayinə ilə bağlı boşluq var”

Qadınlar niyə amansızlıqla qətlə yetirilir? - “Qanunda psixoloji müayinə ilə bağlı boşluq var”
Sakura

Qadınlar niyə amansızlıqla qətlə yetirilir? - “Qanunda psixoloji müayinə ilə bağlı boşluq var”

Son bir neçə gün ərzində iki qadın həyat yoldaşı tərəfindən amansızlıqla öldürülüb. Bəs qadınların belə amansızlıqla qətlə yetirilməsinin səbəbi nədir? İnsanları bu qədər qəddarlığa sövq edən nədir?

Nikahdan əvvəl aparılan yoxlamalar içərisində psixoloji müayinələr yoxdur, yoxsa insanlar bu məqama səhlənkar yanaşır?

Məsələ ilə bağlı Oxu.Az-a danışan psixoloq Xudaverdi Məmmədov deyir ki, psixatrik və kəskin psixoloji problemləri olan insanların ailə həyatı qurması doğru deyil.

Onun sözlərinə görə, nikahdan əvvəl cütlüklərin tibbi müayinədən keçməsi ilə bağlı qərar təqdirəlayiq olsa da, müəyyən boşluqlar var:

“Bu qanun alqışalayiqdir. Amma təəssüf ki, qanunda psixoloji və psixatrik müayinələrlə bağlı bir qədər boşluqlar var. Nikaha girən cütlüklər üçün fiziki sağlamlıqla bərabər, psixoloji sağlamlıq da önəmlidir.

Heç kim ətrafdakı insanın hansı psixoloji durumda olduğunu bilə bilməz. Sürücülük vəsiqəsi, işə qəbul zamanı psixoloji durumla bağlı sağlamlıq kağızı tələb edilir, bu məqamda da bu nüansa diqqət yetirilməlidir. Zənnimcə, nikaha girən insanların da bu istiqamətdə səhlənkarlıqları olur. Bunun nəticəsidir ki, ailə münaqişəsi zəminində baş verən hər hansı problemin yükünü daşıya bilməyən tərəf cinayət törədir. Digər tərəf isə bu cinayətin qurbanı olur”.

Psixoloq qadınların, qızların amansızca qətlə yetirilməsini mentalitetlə əlaqələndirir:

“Təəssüf ki, bizim cəmiyyətdə mental düşüncələri dəyişmək çətindir. İnsanlar bəzən sorğu-sual etmədən baş verən hadisədə qadını günahkar bilirlər. Əgər bir qadının, qızın başına hər hansı bədbəxt hadisə gəlirsə, hər kəs düşünür ki, buna səbəb olacaq şərait yaradıb.

Qətl psxioloji cəhətdən zəif insanlar tərəfindən törədilir, xüsusi amansızlıqla törədilən cinayətlərdə isə insanların öz həyatlarında yaşadıqları travmatik məqamların təsiri böyükdür. Bu yalnızca ailə həyatı ilə və ya öldürülən qadınla bağlı olmaya da bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR