Slimfit
  1. MARAQLI

Qadınlar istidə daha məhsuldar işləyirmiş

Qadınlar istidə daha məhsuldar işləyirmiş
Sakura

Qadınlar istidə daha məhsuldar işləyirmiş

“Yəqin ki, gələcəkdə ofisdə kişilərlə qadınların otağın temperaturu ilə bağlı mübahisəsi daha kəskin olacaq: tədqiqat göstərir ki, iş yerindəki temperatur nəinki əhvalımıza, əmək qabiliyyətimizə də təsir göstərir”, – Almaniyanın “Der Spiegel” jurnalı yazılarından birini belə başlayıb.

Bizimyol.info xəbər verir ki, yazı bir tədqiqata həsr olunub. Tədqiqatda 542 tələbə iştirak edib. Onların 40 faizi tələbə olub. Könüllülərdən bir sıra riyazi əməllərin cavabını tapmaq, hərflərdən sözlər düzəltmək və analitik tapşırığı yeri yetirmək xahiş edilib. Zamanla otaqda temperaturu 16-dan 33-ə qaldırıblar.

Jurnal yazır ki, temperatur yüksəldikcə kişilər daha çox səhv etməyə başlayıb. Qadınlar isə, əksinə, nisbətən yaxşı nəticələr göstəriblər. Temperatur 21-i keçəndən sonra kişilər lap zəif təsir bağışlayıblar.

Berlin sosioloji tədqiqatlar elmi mərkəzindən Aqne Kayakayt və Marşall biznes məktəbindən Tom Çanq birlikdə bu nəticələri əldə ediblər. Onların tədqiqatı qadınların istidə daha məhsuldar işlədiyini ortaya çıxarıb. Elm adamları hesab edir ki, fərqi maddələr mübadiləsi yaradır. Kişilərdə orqanizmdəki biokimyəvi proseslər qadınlara nisbətən daha tez baş verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR