Slimfit
  1. MARAQLI

Qadınlar gizli liderdirlər

Qadınlar gizli liderdirlər
Sakura

Qadınlar gizli liderdirlər

"Qadınlar hər zaman hissləri ilə hərəkət edir. Bu xüsusiyyətləri də onların iş dünyasında çox zaman irəli getməsini əngəlləyir".

Bu cümlələri çox zaman kişilər işlədir. Ancaq elmi tədqiqatlar tam əksini deyir. Qadınlarla kişilərin beyni qarşılaşdırıldıqda xanımların istərlətsə, "dünyanı yerindən oynada biləcək güc"ə sahib olduqları aşkarlanıb.

Axşam.az xəbər verir ki, türkiyə mətbuatı qadınlarla kişilər arasındakı fərqlərdən bəhs edən yazı yayımlayıb.

Qadınlar beynin hər iki yarımkürəsindən istifadə edir

Qadınların danışıq və inandırma qabiliyyəti kişilərdən daha artıqdır. Zərif cinsin nümayəndələrində hər iki beyin yarımkürəsini bir-birinə bağlayan korpus kallosum daha yaxşı inkişaf edib. Bu səbəblə də onlar hər iki yarımkürədən istifadə edə bilir. Kişilərdə isə yarımkürələrdən biri daha yaxşı inkişaf edir. Boşuna deyilməyib, “hər uğurlu kişinin arxasında bir qadın dayanır”. Ailələrdə də bü özəllik büruzə verir. Kişilər nə qədər üstün görünsələr də, ailəni idarə edən gizli lider qadındır.

Qadınların beyni kişilərinkinə nisbətən daha sürətli çalışır

Qadın beyninin empatiya qabiliyyəti olduğundan bir məsələyə bir neçə fərqli yönlərdən baxa bilirlər. Kişilər isə mövzunu ən çox ikitərəfli izah edə bilir.

Məsələn, söhbət zamanı kişilərin beynindəki kateqoriyalardan sadəcə, biri açılır və onlar saatlarla bu mövzu ətrafında söhbət edə bilər. Yəni, tutaq ki, elektronik əşyalardan bəhs edərkən fikirləri ayrı mövzuya getmir. Bir mövzunu digəri ilə bağlaya bilmirlər. Qadınlar isə bir mövzuda danışamağa başlasa, məsələni ağla gəlməyən yerlərə bağlaya bilərlər. Yəni, daha rəngli fikirlərə sahibdirlər.

Qadınlar üçün kiçik işarə yetərlidir

Qadınlar ətrafda baş verən hər bir şeyin fərqindədirlər. Bunu instinktlərinə borcludurlar. İnstinkt qadın beyninin ətrafdan 5 duyğu ilə aldığı məlumatları işləməklə gerçəkləşir.

Başqa sözlə ifadə etsək, qadın qarşısındakı insanı bədən dilindən belə nə hiss etdiyini anlaya bilir. Bu baxımdan qadınları yüksək texnikalı duyğu aparatına bənzətmək olar.

Hər bir amilə diqqət yetirirlər

Uzağa getməyək, alış-veriş mərkəzlərində kim daha çox zaman keçirir? Əlbəttə ki, qadınlar. Çünki onlar hər bir xırdalığa diqqət yetirir. Kişilər isə belə deyil. Sadəcə, xoşuna gələn bir geyimi alır və çıxırlar. Qadınlar isə seçdiyi geyim haqqında az qala bir kitablıq məlumat toplayır, əgər bu bilgilər onu qane edərsə, alır.

Başqa bir misal: Kişi əgər səhər işə gecikərsə, "yolda tıxac var idi, ona görə gecikdim” deyir. Qadın isə "Yolda inanılmaz tıxac vardı, deyəsən qəza da baş vermişdi. Təcili yardım səsləri gəlirdi" deyə, açıqlama verir. Bu da qadınların kişilərdən daha diqqətli və daha həssas olduğunun bariz nümunəsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR