Qadını nikaha daxil olmağa məcbur etmə cinayətdir
Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu qadınların nikaha məcburi daxil edilməsi ilə bağlıdır.
Konstitusiyaya və Ailə məcəlləsinə əsasən, nikah münasibətləri könüllülük əsasında qurulur. Bu səbəbdən də, nikaha daxil olmağa məcbur etmə məsuliyyətə səbəb olur.
Məcbur etmə müxtəlif yollarla ola bilər : fiziki zor tətbiq etmə və yaxud bu barədə hədələmə, onun və ailə üzvləri barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə, maddi və sair asılılıqdan istifadə etməklə və sair.
Cinayət məcəlləsinin 176-1.1.-ci maddəsinə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə -
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə -
üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət