Slimfit
  1. İDMAN

Qadın voleybolçularımız dünya çempionatında mübarizəyə başlayır

Qadın voleybolçularımız dünya çempionatında mübarizəyə başlayır
Sakura

Qadın voleybolçularımız dünya çempionatında mübarizəyə başlayır

Sabah Yaponiyada voleybolçu qadınlar arasında XVIII dünya çempionatına start veriləcək.

Oxu.Az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan milli komandası mundialın ilk turunda ABŞ yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 11:10-da start götürəcək. Qrupumuzun digər görüşündə Rusiya Trinidad və Tobaqo ilə, Cənubi Koreya isə Tailandla qarşılaşacaq.

Millimiz sentyabrın 30-da Cənubi Koreya ilə (11:10), oktyabrın 2-də Rusiya ilə (08:40), oktyabrın 3-də Trinidad və Tobaqo ilə (08:40) və oktyabrın 4-də Tailandla (11:10) görüşəcək.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın altı şəhərində keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR