Qadın ölən uşağını 37 il soyuducuda saxlayıb
Amerikanın Missuri ştatının Sent-Luis şəhər sakini – 37 yaşlı Adam Smit anasının ölümündən sonra onun tükürpədici sirri ilə tanış olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Adam evi yığşdırarkən soyuducuda uşaq cəsədi ilə qarşılaşıb. Karton qutunu açan kişi orada balaca qız uşağının qalıqlarını görüb. “Qutuda dəri, saç və bədənin hissələri var idi. O, mumiyaya çevrilmişdi. Hər dəfə anamdan o qutunu soruşanda “toydan qalan bəzəkdir” deyirdi”, - deyə Smit bildirib.
Adamın sözlərinə görə, anası tez-tez ölən azyaşlı uşağı haqda danışardı. Qohumları isə onun əkiz tayının olduğunu bildiriblər. Anası ölüm ayağında ikən belə soyuducudakı qutunun sirrini açmayıb.
Hazırda uşağın DNT analizləri aparılır və analizlərdən sonra onun əsl ölüm səbəbi bilinəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət