Slimfit
  1. DÜNYA

Qadın iti tumarladı: Əlləri və ayaqları amputasiya olundu

Qadın iti tumarladı: Əlləri və ayaqları amputasiya olundu
Sakura

Qadın iti tumarladı: Əlləri və ayaqları amputasiya olundu

ABŞ-n Ohaya ştatının sakini Meri Treyner itin tüpürcəyi vasitəsilə ağır infeksiyaya yoluxaraq, yuxarı və aşağı ətraflarından məhrum olub. Bu barədə Fox8 yazır.

Qeyd edilir ki, Karib adalarında keçirdikləri məzuniyyətdən qayıtdıqdan sonra, qadın özünü pis hiss eləməyə başlayıb. Onun bel nahiyyəsi güclü ağrıyır, ürəyi bulanırdı. Lakin Treyner qripə yoluxduğunu düşünürdü.

Bir müddətdən sonra halı pisləşdiyi üçün qadın xəstəxanaya yerləşdirilir. İntensiv terapiyaya baxmayaraq, Treynerdə sepsis başlayır. O, süni komaya salınsa da, artıq qanqrena başlamışdı. Həkimlər qadının həyatını xilas etmək üçün, onun dizdən yuxarıyadək ayaqları və əllərini amputasiya etməli oldular. 

Bildirilir ki, Treynerin analizlərində, adətən, it və pişiklərdə rast gəlinən “Capnocytophaga” bakteriyaları aşkar edilib. Bu bakteriyalar ya heyvanın dişləyi, ya da tüpürcəyi ilə ötürülür.

Həkimlər Treynerin özünün itlərindən birindən yoluxduğunu düşünürlər. Hadisəyə baxmayaraq, qadın heyvanlarını əvvəlki kmi sevdiyini bildirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR