Slimfit
  1. CƏMİYYƏT

Qadın hamiləlik dövründə aliment tələb edə bilərmi? - hüquqi yardım

Qadın hamiləlik dövründə aliment tələb edə bilərmi? - hüquqi yardım
Sakura
:1

Qadın hamiləlik dövründə aliment tələb edə bilərmi? - hüquqi yardım

Femida.az xəbər verir ki, bunu vəkil Gülşən Salmanova qadının hamiləlik dövründə keçmiş ərindən aliment tələb edə bilməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qadın uşaq doğulana qədər hamiləlik dövründə özü üçün, uşaq dünyaya gəldikdən sonra isə uşaq üçün aliment tələb edə bilər. Vəkil bildirib ki, qadın hamiləlik müddətində işləmədiyinə görə aliment qismində özü üçün maddi yardım tələb etmək hüququna malikdir.

G.Salmanova qeyd edib ki, qanunda alimentin miqdarı ilə bağlı konkret məbləğ yoxdur: “Qanuna əsasən, alimentin miqdarı əvvəlki səviyyədə yaşayışının təmin edilməsi üçün tələb olunan sabit pul məbləğində olmalıdır. Tutaq ki, əvvəllər qadının yaşayışı üçün 500 manat sərf edilirdisə, həmin məbləğ ödənilməlidir”.

O əlavə edib ki, uşaq doğulduqdan 3 yaşına qədər isə ana həm özü, həm də uşaq üçün aliment tələb edə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR