Dərc edildi: Baxış sayı: 202
Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Avropa çempionatında 4-cü yeri tutub
Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında 4-cü yeri tutub.
Ens.az Report.az-a istinadən xəbər verir ki, yığma 2 qızıl, 1 bürünc medalla buna nail olub.
Aktivinə 83 xal yazdıran kollektiv 27 komanda arasında 4-cü pillədə qərarlaşıb. Komanda hesabında 1-ci yeri 147 xalla Ukrayna tutub. Türkiyə (142) ikinci, Rumıniya (101) isə üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində Mariya Stadnik (50 kq) və Alyon Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal qazanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət