Dərc edildi: Baxış sayı: 616
Qadın cüdoçumuz Qran-pridə qızıl medal qazandı
Azərbaycan cüdo yığması Qran-pridə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 75 ölkə arasında 2-ci yeri tutub
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Türkiyənin Antalya şəhərindəki Qran-pridə qızıl medal qazanıb.
78 kq-dan yuxarı çəki dərəcəsində yer alan Kindzerska finalda braziliyalı rəqibi Beatris Souzanı məğlub edib.
Beləliklə, Azərbaycan millisi Qran-prini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub. Kindzerskadan əvvəl Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (72 kq) və Elmar Qasımov (100 kq) bürünc medala yiyələnib.
Bu nəticə ilə Azərbaycan yığması yalnız Gürcüstandan geri qalaraq, 75 iştirakçı ölkə arasında 2-ci yeri tutub.
Mənbə: Oxu.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət